Tarix : 2011 Jul 13
Kod 24064

Elmar Məmədyarov Kazan məsələsində KİV-lə razı deyil

Azərbaycan Ermənistana yubanmadan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə sülh sazişi üzərində işə başlamağı təklif edir
well/Aran agentliyi

"Mən hesab edirəm ki, müəyyən irəliləyişə nail olunub və biz sülh sazişinə çıxa bilərik", - deyə Bakıda "İnterfaksa" müsahibəsində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirib.

Bakının Ermənistan tərəfi ilə sülh sazişi üzrə danışıqlara başlamağa nə zaman hazır olacağı sualına nazir cavab verib: "Lap bu gün".

"Bir çox KİV yazır ki, Kazandakı görüş uğurla nəticələnməyib, amma mən bununla razı deyiləm", - deyə Məmmədyarov iyunun 24-də Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin Kazandakı görüşü haqqında danışaraq, vurğulayıb.

"Mən o mövqe ilə daha çox razıyam ki, birincisi, bunun prezidentlərin bəyanatında əks olunduğu kimi yaxınlaşma baş verib və ikincisi, biz - Azərbaycan və Ermənistan - hər hansı piar, isterikalar olmadan danışıqları davam etməliyik, mövqelərin yaxınlaşması üzərində işləməliyik, - deyə nazir vurğulayıb. Bundan başqa, Azərbaycan 2010-cu ildə Soçidən sonra həmin mövqedə qalmağa davam edir: biz qazanılanları nəzərə alaraq sülh sazişi mətninin hazırlanmasına başlamağa hazırıq. Kazan bizə irəliləməyə imkan verib".

"Biz anlayırdıq ki, nə hələ razılaşdırılmamış elementlər var, lakin onlar hər halda sülh müqaviləsində əks olunmalıdırlar və əgər həqiqətən də yaxşı niyyət varsa, gəlin onda baza prinsipləri üzrə danışıqların növbəti mərhələsini gözləmədən onun üzərində dərhal işləyək", - deyə nazir bildirib.

Onun sözlərinə görə, " əsas prinsiplər baza kimi artıq mövcuddur və biz sülh nizamlanması barəsində hansı istiqamətdə hərəkət etdiyimizi anlayırıq".

"Baza prinsipləri daxilində razılaşdırılmamış detallar mövcuddur və nə üçün biz öz gücümüzü bu elementlərin razılaşdırılmasına sərf etməliyik, onsuz da onlar sülh sazişində əks olunmalıdırlar. Gəlin dərhal sülh sazişi üzərində işləyək və öz siyasi iradəmizi bütün dünyaya göstərək ki, biz sülh sazişi üzərində işləməyə hazırıq", - deyə nazir qeyd edib.

 ans

  

  • Yazılıb
  • da (də) 2011 Jul 13