Tarix : 2011 Jul 13
Kod 24067

İsrail rejimi ''Xəzər Lənkəran''ın başına oyun açıb

Klubdan verilən məlumata görə, İsrail rejiminin Azərbaycandakı nümayəndəliyi son anda viza verməkdən imtina edib
well/Aran agentliyi

Avstriyadan İsrail rejiminin nəzarətində olan ərazilərə yollanan “Xəzər Lənkəran”, ilk problemlərlə elə hava limanındaca üzləşib. Komandanı aparan təyyarə Tel-Əvivin “Ben Qurion” hava limanına gecə saat 3-də enib. Bundan xeyli sonra da komanda orada süni maneələrlə üzləşərək ləngiməli olub. Belə ki, Tel-Əviv hava limanının əməkdaşları komandamızın üzvlərinə problemlər yaradaraq müxtəlif formalarda təzyiqlər göstəriblər. Əsasən legionerlərin qeydiyyatı məsələsində xırdalıqlara qədər gedən sərhədçilər bilərəkdən müxtəlif maneələr yaradıb, komandanı yubadıb, yersiz hərəkətlər ediblər. Uzun fasilədən sonra komanda qalacağı otelə yol ala bilib.«Xəzər Lənkəran»ın mətbuat xidmətindən bildirilib ki, Təl-Əvivə getmək üçün çarter reysi ayrılıb, bir qrup jurnalistin və azarkeşin Təl-Əvivə aparılması nəzərdə tutulub. Klubdan verilən məlumata görə, İsrail rejiminin Azərbaycandakı nümayəndəliyi son anda viza verməkdən imtina edib.

Viza verilməməsinin səbəbi açıqlanmayıb.

(Fanat) 

  • Yazılıb
  • da (də) 2011 Jul 13