Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Gömrük ...
well/Aran agentliyi
Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Gömrük
Komitəsi əməkdaşlarının həyata keçirdikləri birgə əməliyyat-axtarış tədbirləri nəticəsində Bakıda saxta manat əskinaslar satan mütəşəkkil dəstə tutulub.
Lent.az-ın DİN-in rəsmi saytına istinadən məlumatına görə, metronun "Əzizbəyov" stansiyasının yaxınlığında Cəlilabad rayon sakini Səxavət İsmayılov, Bakı şəhər sakinləri Kamran Ələkbərov, Mirzəbala Ağayev və Bəhruz Bayramov 600 ədəd 100 manatlıq saxta əskinası 20.000 dollara satarkən tutulublar.
Qeyd edək ki, tutulanlardan S. İsmayılov əvvəllər də məhkum olunub.