Tarix : 2011 Jul 15
Kod 24080

Vəhdət, Azərbaycanda islami təşkilatların müvəffəqiyyətinin davamlı olmasının rəmzidir

İslamçıların etirazlarının qarşısını almaq üçün Bakı dövlətinin yürütdüyü siyasətlərdən biri də onların arasında ixtilaf yaratmaq istəməsidir
g/Aran agentliyi

Aran xəbər agentliyi/Azərbaycan Respublikası bölümü

“Arannews”in araşdırmalarına əsasən, Azərbaycan Respublikası keçən ilin dekabr ayından başlayaraq müxtəlif siyasi-ictimai durumla qarşılaşmışdır.

Bakı dövləti Fatimeyi-Zəhra (ə) məscidi ilə bağlı mövzuda mərcəi-təqlidlərin və Azərbaycanın dindar camaatının etirazları qarşısında öz qərarından dönməyə, geri çəkilməyə məcbur oldu. Amma keçən ilin dekabr ayından başlayaraq islamofobiya siyasətlərinin yeni mərhələsini məktəblərdə hicabın qadağası ilə başladı. Bakı dövlətinin bu addımı islami təşkilatların, dindarların, islamçı mediaların etirazına səbəb oldu. Belə ki, islamçıların hərəkatı qərbyönümlü partiyaları hərəkətə gətirdi və onlar da aksiyalar keçirməyə başladılar. Amma Bakı dövlətini qorxuya salan qərbyönümlü partiyaların aksiyaları deyildi. Onları qorxudan, ARPA rəhbəri Ramiz Mehdiyevin sözü ilə desək, islami qrupların aksiya, bəyanat, çıxış və s. kimi müxtəlif formalarda olan etirazları idi. Dövlətin bu qorxusu səbəb oldu ki, öz çıxışında ölkənin islamofobiya siyasətlərini tənqid edərək onu Bəni-Üməyyə siyasəti ilə müqayisə edən İslam Partiyasının rəhbəri Mövsüm Səmədov, partiyanın başqa məsul üzvləri və bir sıra ruhanilərlə birlikdə artıq səkkiz aya yaxındır ki, zindanda qalsınlar. Əlbəttə, dövlətin etirazları yatırtmaq yönümündə atdığı addımlar siyasi fəalları həbs etməklə məhdudlaşmır. Dövlət bu məsələdə üstəlik dindən də bir vasitə kimi istifadə etməyə çalışdı. XİN rəhbərinin İƏT-nın islami ölkələrin xarici işlər nazirlərinin iştirakı ilə keçirilən seminarda bəzi ölkələrin anti-İslam siyasətlərini pisləməsini misal gətirmək olar.

İslamçıların etirazlarının qarşısını almaq üçün Bakı dövlətinin yürütdüyü siyasətlərdən biri də onların arasında ixtilaf yaratmaq istəməsidir.

Ekspertlər belə düşünür ki, Bakı dövlətinin bəzi islami təşkilatlatların fəallarını həbs etməməsi, onun sözügedən təşkilat və qruplar arasında təfriqəçilik siyasətini açıqlayır. Bununla da çalışır ki, həbs olunmuş islamçıların tərəfdarlarında digər islamçı fəallara və onların tərəfdarlarına qarşı bədbinlik yaratsın və onların arasındakı təbii olan ixtilafadan öz xeyrinə istifadə etsin. Çox təəssüflər olsun ki, bu arada islamçılar arasında ictimaiyyət tərəfindən qarşılanan fallar da Bakı dövlətinin təfriqəçilik siyasətinə diqqət etmədən və özləri də istəmədən bu siyasətə meydan yaradırlar. DEVAMM sədri Hacı İlqar İbrahimoğlunun təşəbbüsü ilə hicab qadağasının ləğv olunması üçün başlanan "Prezidentə yüzminlik imzatoplama kampaniyası"nı,  islami təşkilat və qruplar dəstəkləndiyi bir halda bəzi fəallar və əllərində islami informasiya vasitələri olan, o cümlədən “islam-azeri” saytının etirazı ilə üzləşmişdir. Bu etirazda diqqəti çəkən məsələ məlum müraciətdə hicab məhbuslarının azadlığına işarə olunmamasıdır. Əlbəttə, bu tələb məntiqidir. Həmçinin  "Prezidentə yüzminlik imzatoplama kampaniyası"nın müxalifləri bu təşəbbüs sahiblərini hicab qadağanına etirazla bağlı əməllərində gecikmələrini və s. öz müxalifətlərinə dəlil kimi açıqlayırlar.

Yuxarıda qeyd edilənlərə diqqət etməklə və qeyri-rəsmi xəbərə əsasən Bakı dövlətinin yeni dərs ilində hicab qadağasını ali məktəblərə də şamil etmək fikrində olmasını nəzərə alaraq, aşağıdakı məsələlərə diqqət etmək faydalıdır:

1. Hal-hazırda zəruri məsələ islami təşkilatların bir fikir ətrafında birləşmələrı və bu təşkilatlar arasında ixtilafa səbəb olan hər bir işdən çəkinmək lazımdır. Təbiidir ki, islami təşkilatlar vahid bir fikrə nail olmaq üçün öz ixtilaflarını mediyaya çıxarmaqdan çəkinməli və islam təlimlərindən sayılan hüsnü-niyyətlə bir araya gəlməlidirlər.

2. "Prezidentə yüzminlik imzatoplama kampaniyası"nı öhdəsinə almış DEVAMM sədri Hacı İlqar İbrahimoğlu hicab məhbusları ilə, xüsusilə də doktor Mövsüm Səmədovla dostluq əlaqəsi vardır və bir müddət əvvəl Azərbaycan Respublikası Prezidentinə məktubunda hicab məhbuslarını dövrün yisifilərinə bənzətmişdi və onların azadlığını tələb etmişdi. Belə nəzərə gəlir ki, hicab məhbuslarının azadlıq tələbini bütün mümkün formalarda "Prezidentə yüzminlik imzatoplama kampaniyası" ilə yanaşı həyata keçirmək olar.

3. Sözsüz ki, Azərbaycanda islami təşkilatlar ilk öncə dərin şiə etiqadlı və dünyada ikinci şiə ölkəsində tarixi təcrübələrdən yetərincə istifadə etməlidirlər. Təbiidir ki, hər vaxt vəhdət sözü gedən təşkilatların örnəyəinə çevrilsə, onların islamofobiya siyasətinə qarşı müqavimətləri artacaqdır.

Ümid edilir ki, Azərbaycan Respublikasında islami təşkilatları indiyə kimi vəhdət sayəsində Bakı dövlətinin sionisti siyasətləri qarşısında dayanaraq, məscid minarələrindən azan verilməsi qadağası, həzrət Fatimeyi-Zəhra (ə) məscidinin sökülməsi, Azərbaycan-İsrail dostluq parkının açılışı məsələlərində qalib olduqları kimi yenə də öz vəhdətləri əsasıda dövləti hicab qadağanını ləğv etməyə məcbur edəcək və hicab məhbuslarının azadlığı üçün şərait yaradacaqlar.

 

  

  • Yazılıb
  • da (də) 2011 Jul 15