Tarix : 2011 Jul 15
Kod 24081

Hacı Mövsüm: ''Xahiş deyil, tələb edilməlidir!''

Xahiş məsələsinə razı deyilik. Məsələ izzətlə həll edilməlidir''
g/Aran agentliyi

Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə AİP sədri Mövsüm Səmədov, onun təşkilati məsələlər üzrə müavini Vaqif Abdullayev, partiyanın Astara rayon komitəsinin sədri Ruhulla Axundzadə, Masallı ruhanisi Hacı Fəramiz Abbasov, Mövsüm Səmədovun qaynı Firdovsi Məmmədrzayev, əmisi oğlu Dəyanət Səmədov və ilahiyyatçı alim Zülfüqar Mikayılzadənin məhkəməsi keçirilib.

Məhkəmədən sonra AİP-in həbs olunmuş lideri Hacı Mövsüm Səmədov bir neçə jurnalistin xahişi ilə "100 minlik xahiş" barədə münasibət bildirib.

Hacı Mövsüm Səmədov bu barədə deyib: "Hicab probleminin həlli üçün xahiş deyil, tələb edilməlidir. Xahiş məsələsinə razı deyilik. Məsələ izzətlə həll edilməlidir".

islam-azeri 

  • Yazılıb
  • da (də) 2011 Jul 15