Tarix : 2011 Jul 15
Kod 24089

Obama Qarabağ münaqişəsində çərçivə sazişinin əldə olunması üçün ABŞ-ın öhdəliyini qeyd edib

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb
g/Aran agentliyi

Aran xəbər agentliyi/Azərbaycan Respublikası bölümü

 

 

ABŞ Prezidenti Barak Obama Vaşinqtonda səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrova Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə göstərdiyi səylərə görə təşəkkürünü bildirib. Bu barədə Ağ Evin saytı xəbər verir.

 

Obama çərçivə sazişinin əldə olunması üçün Dağlıq Qarabağ münaqişəsi tərəflərinə kömək etməklə bağlı ABŞ-ın ATƏT-in Minsk qrupunun həmsədri qismində öhdəliyini bir daha qeyd edib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib. 

  • Yazılıb
  • da (də) 2011 Jul 15