Tarix : 2011 Jul 15
Kod 24091

Zindan, sürgün, ölüm qorxusu yox!

Hicab və Hicab Qadağası Məhbuslarını Müdafiə Komitəsinin BƏYANATI!
g/Aran agentliyi

Aran xəbər agentliyi/Azərbaycan Respublikası bölümü

əyur (qeyrət sahibi) və Adil (ədalətli) Allahın adı ilə!

“O kəslər (möminlər) ki, cammatdan (bəziləri) onlara: “Camaat (düşmənlər) sizə qarşı (qüvvə) toplamışdır, onlardan qorxun!” – dedikdə, (bu söz) onların imanını daha da artırdı və onlar: “Allah bizə bəs edər. O nə gözəl vəkildir!” – deyə cavab verdilər.” (Ali-İmran, 173)

Məlum olduğu kimi, İslam dini və etiqadları, namus-qeyrət məsələsi olan baş örtüyünü müdafiə edib, dövlət tərəfindən qeyri-rəsmi hicab qadağasına etiraz səbəbindən şərlənərək həbs olunmuş din xadimlərinin və möminlərin sifarişli məhkəməsi öz işinə başlayır.
Haqq-ədalət aşiqlərinə gün kimi aydındır və heç bir şəkk-şübhə yoxdur ki, Azərbaycanda müstəqil və ədalətli məhkəmə sistemi hələ də xəyal olaraq qalır. Ölkədə müsəlman xalqın səsindən yararlanaraq iqtidara gəlmiş hakimiyyət istənilən vaxt xoşuna gəlməyəni, haqqı deyən vətəndaşı şərləyərək zindana atmağı gözəl bacarır və bununla yanaşı ədalətdən dəm vurur. Son zamanlar İslam Partiyası sədrinin, ümumiyyətlə islamçıların və haqqı deyən azad gənclərimizin müxtəlif böhtanlara həbs olunması deyilənlərə tutarlı dəlildir.
Hicab və Hicab Qadağası Məhbuslarını Müdafiə Komitəsi bu günə kimi həbs olunmuş 37 islamçının tək-tək hüquqlarının və azadlıqlarının qorunumasını hicabın, namus-qeyrətin və Vətənin qoruması ilə eyni şəri vəzifə bilir və bu anti-islam kampaniyanın icraçılarının diqqətinə çatdırır ki, nə qədər ki şərlənərək həbs olunmuş din xadimləri və islamçı qardaşlarımız son nəfərədək zindanlardan və məhkəmə zallarından izzət və ehtirmala azadlığa çıxmayıb, mübariz din xadimlərinin, möminlərin və bütövlükdə islamsevər müsəlman xalqımızın bütün bu proseslərə qarşı mübarizəsi ardıcıl şəkildə davam edəcək.
Bu baxımdan istər bu vaxta kimi, istərsə də bundan sonra hər bir din xadiminə və islamsevərə verilən həbs cəzası onların mübarizəsini daha da gücləndirəcək və bu mübarizə müddətinin daha da uzanmasına xidmət edəcək.
Birdəfəlik bilmək lazımdır ki, Allaha iman gətirib, Ona təvəkkül edən qeyrətli, imanlı, mübariz Quran və Əhli-beyt (ə) aşiqlərini, din xadimlərini, möminləri və islamsevərləri heç vaxt zindan, sürgün və ölümlə qorxutmaq və sükuta sövq etmək kimsənin gücündə olmayıb və olmayacaq!

HHQM MK-nın mətbuat xidməti
Hicab.org

  

  • Yazılıb
  • da (də) 2011 Jul 15