Tarix : 2011 Jul 17
Kod 24107

Korrupsiya ilə bağlı ən çox şikayət olunan qurumlar-siyahı

Haqqında ən çox şikayət daxil olan dövlət qurumu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyidir
g/Aran agentliyi

 

Aran xəbər agentliyi/Azərbaycan Respublikası bölümü

 

Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə ən çox şikayət daxil olan qurumlar bəlli olub.


Lent.az-ın məlumatına görə, bu barədə bu gün keçirilən mətbuat konfransında idarənin rəisi Kamran Əliyev məlumat verib. O bildirib ki, haqqında idarəyə ən çox şikayət daxil olan dövlət qurumu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyidir. Bu qurum haqqında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə 484 şikayət daxil olub.

Sonrakı idarələr isə belədir:

Daxili İşlər Nazirliyinin yanında fəaliyyət göstərən qurumlar (DYP və s.) – 270 şikayət
Yerli İcra hakimiyyətləri – 198 şikayət
Bələdiyyələr – 128
Səhiyyə sahəsi – 112
Təhsil sahəsi – 99
“Azərenerji” ilə bağlı – 53
Torpaq və Xəritəçəkmə İdarəsi ilə bağlı – 51
Gömrük Komitəsi – 48
Əmlak Komitəsi – 41
Qaz İstismar İdarəsi – 49


Kamran Əliyev onu da bildirib ki, məhkəmələrə göndərilən işlər arasında isə ən çox bank işləri ilə bağlıdır. O qeyd edib ki, məhkəmələrə göndərilən 56 işin 5-i elektrik enerjisi, 3-ü təhsil, 4-ü Əmək və Əhalinin Sosial Müdafiəsi, 2-si Kənd Təsərrüfatı, 1-i Ekologiya və Təbii Sərvətlər Nazirliyi, 8-i bələdiyyələr, 2-si Rabitə Nazirliyi 5 isə özəl müəssisələrlə bağlı şikayətlərdir.

  • Yazılıb
  • da (də) 2011 Jul 17