Tarix : 2011 Jul 17
Kod 24108

ABŞ-ın Azərbaycandakı səfirliyi erməni oyuncaq ''hədiyyəsi''nin acı nəticələrinə ciddi yanaşır

ABŞ səfirliyinin nümayəndəsi həlak olanın ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib.
g/Aran agentliyi

 

Aran xəbər agentliyi/Azərbaycan Respublikası bölümü

 

ABŞ-ın Bakıdakı səfirliyi Azərbaycanın Tovuz rayonunda 13 yaşlı qızın həlak olması ilə bağlı insidentin diqqətlə və şəffaf şəkildə araşdırılmasına çağırır. Bu barədə Trend-ə səfirliyin mətbuat xidmətindən bildiriblər.

"Biz bu insidentin diqqətlə, şəffaf şəkildə araşdırılmasına çağırırıq", - səfirliyin mətbuat katbi Kis Bin deyib.

ABŞ səfirliyinin nümayəndəsi həlak olanın ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib.

Azərbaycanın Tovuz rayonunun Ermənistanla həmsərhəd olan Əlibəyli kəndində partlayıcı qurğunun işə düşməsi nəticəsində 1998-ci il təvəllüdlü Şahmalıyeva Aygün Zirəddin qızı həlak olub, onun anası 1979-cu il təvəllüdlü Şahmalıyeva Elnarə Məmmədtağı qızı isə bədəninin bud nahiyəsindən xəsarət alaraq yaralanıb.

Partlayıcı qurğu quraşdırılmış "itəbənzər" uşaq oyuncağı ermənilər tərəfindən Əlibəyli kəndinə daxil olan Tovuz çayına buraxılıb.

Həmin ərazidə oynayan Cəfərov Elsəvər Həsən oğlu və Şahmalıyeva Aygün Zirəddin qızı oyuncağı taparaq Cəfərov Həsənin evinə gətiriblər. Evdə oynayan zaman Aygün Şahmalıyeva oyuncağı masanın üstünə vurub və nəticədə partlayış baş verib.

Şahmalıyevlər ailəsi Rusiyanın Sankt-Peterburq şəhərində yaşayır. Ailə üzvləri Əlibəyli kəndinə qohumlarının yanına qonaq gəliblər.

Faktla bağlı Tovuz rayon prokurorluğu araşdırma aparır.

1994-cü ildə də həmin ərazidə analoji hadisə baş vermişdi. Belə ki, ermənilər tərəfindən çaya buraxılan oyuncağı götürərkən partlayışın baş verməsi nəticəsində iki azyaşlı uşaq həlak olmuş, biri isə yaralanmışdı.

  • Yazılıb
  • da (də) 2011 Jul 17