Tarix : 2011 Jul 17
Kod 24109

Naxçıvanda döyülən jurnalistlər təqsirkarların cəzalandırılmasını tələb edirlər

jurnalistlər ciddi bədən xəsarətləri alıblar, habelə kameraları əllərindən alınıb
g/Aran agentliyi

 

Aran xəbər agentliyi/Azərbaycan Respublikası bölümü

yulun 15-də Şərurda Turan İnformasiya Agentliyinin əməkdaşı İlqar Nəsibov,  RATİ-nin əməkdaşları Elman Abbasov və Həkimeldostu Mehdiyevin polis və mülki geyimli şəxslərin hücumuma məruz qalması ilə bağlı Naxçıvan MR-in prokurorluğuna şikayət ərizəsi hazırlanıb.

    Bu barədə Turana bölgə müxbiri İlqar Nəsibov məlumat verib. Onun sözlərinə görə, jurnalistlər ciddi bədən xəsarətləri alıblar, habelə kameraları əllərindən alınıb. Buna görə Naxçıvan prokurorluğuna verilən  şikayətdə baş vermiş hadisə ilə bağlı araşdırma aparılması, peşə fəaliyyəti ilə məşğul olan jurnalistlərə qarşı kobudluq göstərmiş polislərin cəzalandırılması tələb olunur. 

    İ.Nəsibovun sözlərinə görə, həmkarı Elman Abbasov daha çox xəsarət alıb. 

    İ.Nəsibov artıq hadisə ilə bağlı beynəlxalq təşkilatlara məlumat verilib. 

    Hadisəyə səbəb RATİ-nin bölgə müxbiri Mehdiyevə qarşı təzyiq olub. İyulun 13-də Şərur rayon İcra Hakimiyyətinin başçısı İbrahim Məmmədovun müavini Ələddin Məmmədov bir neçə şəxslə RATİ-nin Naxçıvandakı müxbiri Həkimeldostu Mehdiyevin evinə gələrək ona təzyiq edib və elektrik enerjisindən qanunsuz istifadə adı ilə onun kiçik avtomobil yuma sexinə gələn elektriki kəsdirib. Bu zaman Mehdiyevə bəlli ediblər ki, onu bu yaxınlarda NMR-ə Almaniyadan gəlmiş jurnalisti müşaiyət etdiyi üçün cəzalandırırlar. 

    Mehdiyev həmkarlarını dəvət edəndə onlar fəhlələrin jurnalistin evinə işıq verən elektrik şalbanını sökdüklərini görüblər. bütün baş verənlərin foto və videoçəkilişi aparılıb. Sonradan polislər gözlənilmədən jurnalistlərə hücum ediblər, onları saxlayıblar, foto və video aparatlarını əllərindən alıblar. Jurnalistlər polis maşınına əyləşdirilib.

    Jurnalistləri bir neçə saat sonra, hadisə barədə mətbuatda məlumat getdikdən sonra buraxıblar. RATİ hadisə ilə bağlı bəyanatla çıxış edərək, jurnalistlərin döyülməsini pisləyib və muxtar respublika hakimiyyətini azad mətbuata qarşı dözümlü olmağa və onun fəaliyyəti üçün şərait yaratmağa çağırıb.

    Eyni zamanda, RATİ prezident İlham Əliyevi NMR-də KİV azadlığı ilə bağlı vəziyyətə müdaxilə etməyə və jurnalistlərin təhlükəsiz fəaliyyəti üçün şəraiti təmin etməyə, onlara təzyiq göstərənləri cəzalandırmağa çağırıb.

  • Yazılıb
  • da (də) 2011 Jul 17