Tarix : 2011 Jul 17
Kod 24120

Hicab müdafiəçisi həbs edildi

Qum tələbəsi, ilahiyyatçı, dəyərli məqalələrin müəllifi, HHQM MK-nın fəal üzvü Orxan Məmmədov həbs edildi
گ/Aran agentliyi

 

Aran xəbər agentliyi/Azərbaycan Respublikası bölümü

 

Hicab və Hicab Qadağası Məhbuslarını Müdafiə Komitəsinin mətbuat xidmətinə daxil olan məlumata əsasən, iki gün əvvəl səhər saatlarında Qum tələbəsi, ilahiyyatçı, dəyərli məqalələrin müəllifi, HHQM MK-nın fəal üzvü Orxan Məmmədov Bilasuvar rayon polis şöbəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq Bilasuvar rayon polis idarəsinə aparmışlar. Möminlərdən bir dəstəsi onun ardınca rayon polis idarəsinə getdikdən və ilahiyyatçının dərhal buraxılmasını tələb etdikdən sonra məmurlar Orxan Məmmədovu buraxmış, amma möminlər dağılışdıqdan sonra yenidən Orxan Məmmədovu yaşadığı evdən qanunsuz olaraq rayon polis şöbəsinə aparmışlar.
Yaxınlarının dedikilərinə əsasən, polis idarəsində Orxan Məmmədov http://www.haqqyolu.com saytında gedən çox güclü və tutarlı elmi-dini məqalələri haqqında sorğu-sual edilmişdir. Orxan Məmmədov hal-hazırda qanunsuz olaraq, Belasuvar rayon polis şöbəsində saxlanılır. Müqəddəs Qum şəhərində təhsil alan bu ilahiyyatçı dəfələrlə qanunsuz olaraq Bilasuvar rayon polis şöbəsinə aparılmış hətta, rayon icra başçısı şəxsən onu çağırıb rayonu tərk etməyi tələb etmişdir.
Bütün bunlar onu göstərir ki, azərbaycanda islamafobiya ilə yanaşı hələ də islamçılara, haqsevərlərə və haqqı deyənlərə qarşı dövlət səviyyəsində represiyalar davam edir.
Hicab və Hicab Qadağası Məhbuslarını Müdafiə Komitəsi dövlət məmurlarından tələb edir ki, belə özbaşlalıqlara və qanunsuzluqlara dərhal son qoyulsun, həmçinin, Orxan Məmmədov və onunla birgə bu vaxta qədər şərlənərək zindanlara salınmış bütün din xadimiləri və möminləri dərhal azadlığa buraxılsın!
Hicab və Hicab Qadağası Məhbuslarını Müdafiə Komitəsi dövlət məmurlarına bir daha xəbərdarlıq edir ki, belə həbslər və represiyalarla heç kimi nə qorxuda, nə də hansısa batil qanunların muqabilində təslim edə bilərlər! Əksinə belə represyalar və qanunsuzluqlar mübariz alim və möminlərin mübarizələrini daha da möhkəmlədir və istiqamətləndirir!

Haqyolu.com

  • Yazılıb
  • da (də) 2011 Jul 17