Tarix : 2011 Jul 17
Kod 24121

Tale Bağırovun məhkəməsi keçirilib

Proses Xətai Məhkəməsində qapalı şəraitdə keçirilib
well/aran agentliyi

 Proses Xətai Məhkəməsində qapalı şəraitdə keçirilib.

İslam-Azeri.az İnternet Qəzetinin xüsusi müxbirinin verdiyi məlumata görə, bu gün "Hicaba azadlıq!" aksiyası ilə bağlı həbs edilən ilahiyyatçı Hacı Tale Bağırovun məhkəmə prosesi keçirilib.

Məhkəmə istintaq müddətinin artırılması üçün keçirilib.

Prosesdə ittihamçının 2 ay istintaq müddətinin artırılması təmin olunub.

Hacı Tale Bağırov Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 233-cü maddəsi ilə (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə), (3 ilə qədər həbs) ittiham olunur.

Həbs edildikdən sonra Hacı Tale barəsində əvvəlcə 15 sutka, daha sonra isə 2 aylıq həbs qətimkan tədbiri seçilib və Kürdəxanı təcridxanasına gönrərilib.

Xatırladaq ki, “Hicab Azadlıq” aksiyası mayın 6-da Təhsil Nazirliyi qarşısında keçirilib. Aksiya ilə bağlı Bakı Şəhər Prokurorluğunda iş açılıb. İstintaq qrupunun rəhbəri Bakı Şəhər Baş Polis İdarəsinin istintaq və təhqiqat idarəsinin rəisi Nazim İsmayılovdur.

Birlik/İslam-azeri.az

  

  • Yazılıb
  • da (də) 2011 Jul 17