well/Aran agentliyi
Dünən İstanbulda Şeyx Raid Salaha dəstək olaraq aksiya keçirilib.
Bu haqda İslam-Azeri.az İnternet qəzetinin Türkiyədəki əməkdaşı məlumat verir.
Onun sözlərinə görə, yüzlərlə istanbullu İngiltərə konsulluğu önündə cəm olaraq Qüdsün İslami Hərəkat lideri Şeyx Raid Salahın azad edilməsini tələb ediblər.
Onlar "Qüdsün müdafiəçisi Raid Salaha azadlıq!", "Şeyx Raid Salah azad edilsin!" şüarları səsləndiriblər.
Sonra konsulluq önündə çıxışlar edilib.
Qüds müəssisəsinin İstanbul təmsilçisi Prof. Ahmet Ağırakça, Özgür-Derin baş katibi Rızvan Kaya, İHH təmsilçisi Yaşar Kutluay, İsra Mədəniyyət Mərkəzinin direktoru Nürəddin Şirin, Gənçlik Dərnəyi təmsilçisi Abdullah Nazif Köse, Hay-Der təşkilatından Hamza Er və Ayışığı Dərnəyindən Məryəm Yetkin çıxış edib.
Qeyd edək ki, Qüdsün İslami Hərəkat lideri Şeyx Salah İngiltərədə həbs edilib.