Tarix : 2011 Jul 17
Kod 24125

Azərbaycan Respublikası ordusunda korrupsiya baş alıb gedir

Azərbaycan Respublikasında Beyləqandakı ''N'' saylı hərbi hissənin zabitlərinin ordudakı korrupsiya faktları ilə bağlı İlham Əliyevə ...
well/Aran agentliyi

Azərbaycan Respublikasında Beyləqandakı "N" saylı hərbi hissənin zabitlərinin ordudakı korrupsiya faktları ilə bağlı İlham Əliyevə müraciət etməsi gündəmin əsas müzakirə mövzusu olaraq qalır.

Zabitlər kapitan Ramin Qasımov, leytenant Əsgər Əsgərov və gizir Şahlar Rzayev Ilham Əliyevə etdikləri videomüraciətdə bildiriblər ki, Beyləqanda qasırğa nəticəsində dağılan hərbi hissənin kazarması təmir edilməyib. Məcburiyyət qarşısında qalan bölük və tağım komandirləri öz əmək haqqı kartlarını girov qoyaraq tikinti materialları alıb kazarmanı təmir etdiriblər.

Müdafiə Nazirliyində tərbiyə işləri üzrə idarənin rəhbəri Vaqif Məmmədov isə dünən bu məsələ ilə bağlı keçirdiyi mətbuat konfransında deyib ki, Ilham Əliyevə müraciət edən üç zabitdən biri - kapitan Ramin Qasımovun barəsində cinayət işi var.

Vafiq Məmmədov iddia edir ki, həmin zabit əsgərləri incitdiyinə görə haqqında cinayət işi açılıbmış. Vaqif Məmmədovun dediyinə görə, bununla yanaşı, həmin zabitin əxlaqında da problem var.

Hərbçi-ekspert Üzeyir Cəfərli mövzu ilə bağlı deyib : "Hərbi hissədə baş verən hadisə xoşagələn bir hadisə deyil. Hərbi komandanlığın ən böyük səhvlərindən biridir ki, əgər belə bir hala yol vermiş zabiti ön cəbhədə saxlayıblarsa, bunun da nəticəsi olmalı idi. Müdafiə Nazirliyinin lazımsız qurumu olan tərbiyə işləri üzrə idarənin rəhbəri polkovnik Vafiq Məmmədovun idarəsi heç bir şeyə hazır olmayan bir idarədir. Nazir onu göndərib ki, hadisəni araşdırsın, o isə gəlib məlumat verir ki, o zabitin əxlaqında problem var."

Qeyd edək ki, rəsmi Bakı ölkədə silahlı qüvvələrin tərkibində bir sıra müəyyən islahatların aparılmasını vəd etsə də, hələ bir iş görülməyib.

  

  • Yazılıb
  • da (də) 2011 Jul 17