Tarix : 2011 Jul 17
Kod 24126

Qazaxıstanda hicab qadağası olmayacaq - baş nazir

Qazaxstanın baş naziri Kərim Məsimovun fikrinə görə hökümət hicaba qadağa qoymamalıdır, Qazaxstanın xəbər agentliyinin yaydığı məlumatda deyilir
well/Aran agentliyi

Qazaxstanın baş naziri Kərim Məsimovun fikrinə görə hökümət hicaba qadağa qoymamalıdır, Qazaxstanın xəbər agentliyinin yaydığı məlumatda deyilir.

"Hökumətin başçısı hicab məsələsinə dair öz fikrini söyləmişdir. Mən bu məsələyə dair öz mövqeyimi açıqlamaq istəyirəm. Fikrimcə, prezidentimiz haqlıdır, tarixi və qədim ənənələri sahib olan qazaxlarda hicab yox idi, əvəzinə digər geyimləri var idi", - cümə günü Məsimov konfrans zamanı deyib.

"Lakin, düşünürəm ki, hökumət hicaba qadağa qoymamalıdır. Hiacbın qadağan olunması haqda hər hansı tədbir görülməyəcək ", - deyərək o, qeyd etdi.

  

  • Yazılıb
  • da (də) 2011 Jul 17