Tarix : 2011 Jul 18
Kod 24128

“Hacı Cavad” məscidində əmmamə qoyma mərasimi keçirildi

Ölkənin tanınmış ruhanisi,ilahiyyatçı-alim Hacı Əhliman Rüstəmovun tələbələrindən ibarət beş nəfər əmmamə ilə təltif edildilər
well/Aran agentliyi

Məsələ ilə bağlı islamaz.com saytına danışan Hacı Əhliman Rüstəmov qeyd edibdir ki, hər bir zəhmətə qatlaşaraq islamı öyrənən bu gənclərin səlahiyyəti çatır ki, əmmamə qoysunlar. “Bu beş tələbəyə (Hacı Ruslan,Hacı Samir, Kərbəlayi Ağadadaş, Məşhədi Rahib və Məşhədi Rza) üç ildən artıqdır ki, dərs deyirəm. Və mən dərs deməmişdən öncədə onlar müqəddimə oxumuşdular və bu üç il vaxt ərzində əmmamə ala biləcək qədər elm toplayaraq buna layiq görüldülər.”Qeyd edək ki, əmmamə qoyma mərasimində ölkənin bir çox ruhaniləridə iştirak edirdilər.Bizdə əmmamə almış tələbələrə müvəffəqiiyyətlər arzu edirik.

birlik.az 

  • Yazılıb
  • da (də) 2011 Jul 18