Tarix : 2011 Jul 18
Kod 24129

Seyyid Mir Cəfər ''100 minlik'' xahiş kampaniyasına münasibət bildirdi

Ölkədə aparılan ''100 minlik'' xahiş kampaniyasıyla bağlı ilahiyyatçı Mir Cəfər Əyyubov münasibət bildirib
well/Aran agentliyi

 

Ölkədə aparılan "100 minlik" xahiş kampaniyasıyla bağlı ilahiyyatçı Mir Cəfər Əyyubov münasibət bildirib.

O İslam-Azeri.az İnternet qəzetinə bu barədə deyib: "Mənə bəzi məsələlər qaranlıq qalıb. Məsələn: bir zamanlar imzatoplama və bu kimi addımlar atanda bizə bu işin "yersiz, lazımsız" olduğunu deyirdilər. "Təzə Pir" məscidinə böyük mömin kütləsinin tələb niyyətilə axışmasının qarşısını aldılar, nə üzr istədilər, nə də ki, bir açıqlama verdilər. Hətta bizim moizələrimizə bəzi kəslər sözləri keçən yerlərdə maneə yaradırdılar. Onlar deyirdilər ki, bizlər nəzarətdəyik. İndi isə görürük ki, canfəşanlıqla bu kampaniya keçirilir. Mən bunu başa düşmürəm.

Kampaniyaya gəlincə mən çıxıb bu kampaniyanın əleyhinə bir addım atmayacağam, amma heç dəstəkləmirəm də. Lakin mən hər hansı bir kampaniya ki, hicaba aid olacaq, orada hicab məhbuslarının adının salınmamasını səhv hesab edirəm. Yəni hər hansı bir kampaniya olmuş olsun, tələb olmuş olsun, orada hicab məhbuslarının adının olması vacibdir. Ancaq bu kampaniyanı təşkil edənlər zəmanət verirlərsə bununla problem həll olacaq, hicab məhbusları azad ediləcək, mən bunun əleyhinə deyiləm".

  

  • Yazılıb
  • da (də) 2011 Jul 18