Tarix : 2011 Jul 18
Kod 24130

100minlik imzaya reaksiyalar davam edir

Bizim cəmiyyətdə də 100-minlik imza barədə deyilən mövqeyimiz ixtilaf məqsədi ilə deyil
well/Aran agentliyi

İlahiyyatçı ruhani Höccətülislam Sadiq Əsgərli isə imza kampaniyasıyla muxalifətinin səbəbini belə şərh edib : "Bizim cəmiyyətdə də 100-minlik imza barədə deyilən mövqeyimiz ixtilaf məqsədi ilə deyil. Əksinə İslamın həqiqi ruhunu bəyan etməkdir. Beləliklə, bizim bu mövqeyimiz İslamı qorumaq məqsədi ilə atılan bir addımdır. " Höccətülislam Sadiq Əsgərli vurğulayıb : "100 min müsəlman xahiş yox tələb edər." Həmçinin Cənub bölgəsinin çox nüfuzlu ruhanilərindən olan Höccətülislam Seyyid Elman Ağayev "100 minlik xahiş"i "gecikmiş addım" adlandırıb. Höccətülislam Seyyid Elman Ağayev əlavə edib : "Biz hicab probleminin yarandığı ilk günlərdən imzatoplamaya başladıq, müraciətlər oldu. Onda hələ nə iki mitinq olmuşdu, nə də ki, hicabla bağlı həbs edilənlər var idi. Lakin bizim bu sivil yolla həll etmək istəyimizə cavab mənfi oldu, haqqımızı bizə vermədilər. Buna baxmayaraq narazıçılıq artdı, etirazlar oldu, mübarizələr başladı."

Qeyd etməliyik ki, islami təşkilatlar hicab qadağasının Sentiyabr ayına qədər həll olunmadığı təqdirdə aksiyalara başlayacaqlarını bildiriblər. İmzatoplama kampaniyasında isə məqsəd Sentiyabr ayına qədər hicab qadağasının ləğv olnmasına müvəffəq olmaq bildirilib.

 

 

  

  • Yazılıb
  • da (də) 2011 Jul 18