Tarix : 2011 Jul 18
Kod 24136

Gəncə ruhanilərinin imza barədə bəyanatı

Bəyanatı sizə təqdim edirik
well/Aran agentliyi

Bəyanatı sizə təqdim edirik.

Gəncə ruhaniləri "100 minlik imza" kampaniyası haqqında bəyanat yayıblar. "İslam-Azeri" İnternet qəzetinə daxil olan məlumata görə, bu bəyanat 9 ruhani tərəfindən verilib. 

Bəyanatın mətnində deyilir:

" Bismillahir Rəhmanir Rəhim. İlk öncə bütün müsəlmanları İmam Zamanın (ə.f) mübarək mövludu münasibətilə təbrik edirik. Bu imzatoplama kampaniyasına gəlincə isə, biz Gəncə ruhaniləri olaraq bu addımı digər işlərlə paralel aparılmadığına görə gecikmiş addım kimi dəyərləndiririk. Həmçinin bu məsələdə "xahiş" deyil, "tələb" olmasını mühüm hesab edir, o cümlədən hicab məhbuslarının adının hallanmamasını isə səhv bilirik. Gəncə ruhaniləri: Hacı Asif, Hacı Ramil, Hacı Ramin, Kərbəlayi Ramiz, Kərbəlayi Rəşad, Kərbəlayi Ruzi, Kərbəlayi Ramil, Kərbəlayi Rövşən, Kərbəlayi Maarif".

 

 

 

 

  

  • Yazılıb
  • da (də) 2011 Jul 18