Tarix : 2011 Jul 18
Kod 24137

Gürcüstanda mövlud keçirilib

12 İmam Hz. Məhdinin (ə.f) mübarək mövludu münasibəti ilə Gürcüstanın Marneuli şəhərində tədbir keçrilib
well/Aran agentliyi

 

12 İmam Hz. Məhdinin (ə.f) mübarək mövludu münasibəti ilə Gürcüstanın Marneuli şəhərində tədbir keçrilib. Tədbirə xeyli sayda inanclı insan qatılmışdır. İlk öncə məclisin aparıcısı "Əhli- Beyt (ə)" adına cəmiyyətdə Muəllim olan Elçin Daşdanov başda Peyğəmbərə (s), 14 məsuma (ə), dünya müsəlmanlarına təbrik ərz edib. Daha sonra məclis Hacı Əlizamanın Quran tilavəti ilə açıq elan olunmuşdur. Sonra tanınmış ruhani, şair və "Əhli- beyt " jurnalının redaktoru Hacı Rizvan İsmayılzadə öz növbəsində təbriklərini çatdırıb. Qısa da olsa İmam Zaman (ə.f) şəxsiyyəti haqqında söhbət açmışdır. Natiq, İmamın 4- cü naibinə yazdığı məktubu xatırladaraq müsəlmanların İmamın qeybdə olduğu dövrdə müsəlmanların dövrün müctəhidlərinə itaət etmələri zərurətini çatdırıb. Söhbətinin sonunda dünya müsəlmanların zülmdən xilas olmasını, həmçinin Azərbaycanda hicab məhbuslarının azadlığını uca Allahadan diləmiş, həmçinin İmama həsr etdiyi yeni şerini oxumuşdur. "Nur" ilahilər qrupu və Ramin öz gözəl surutları ilə məclisə rəng qatırdı. Tədbirdə həmçinin digər tanınmış ruhanilər də çıxış etmişdir. Seyyid Mirhuseyn söhbətində Gürcüstanda gedən dini proseslərə toxunaraq müsəlmanları haqq ilə batili seçməyə çağırdı. İmam Əli (ə) məscidinin axundu Hacı Hacıyev öz növbəsində təbrikini çatdırıb, məclis əhlinə İmam Zamanın (ə.f) müntızirlərnin (gözləyənlərinin) xüsusiyyətlərini sayıb. Sonda isə birlikdə "Fərəc" duası oxunmuşdur.

ahlibeyt.ge

 

  

  • Yazılıb
  • da (də) 2011 Jul 18