Tarix : 2011 Jul 18
Kod 24138

İsrail rejimi Azərbaycanın Fələstinlə bağlı mövqeyinə münasibət bildirib

“Azərbaycan rəhbərliyinin Fələstinə dair bəyanatında bizim üçün yenilik yoxdur”
well/Aran agentliyi

APA-nın məlumatına görə, bunu İsrail rejiminin Xarici İşlər Nazirliyi baş direktorunun müavini sionist Pinxas Avivi “İzrus” portalına açıqlamasında deyib.

Azərbaycanın sentyabr ayında BMT-də müstəqil Fələstin dövləti lehinə səs verəcəyi haqda rəsmi Bakının mövqeyinə toxunan sionist rejiminin rəsmisi bildirib ki, burada İsraili təəccübləndirəcək bir məqam yoxdur: “Amerika, Rusiya və bir çox digər dövlətlər də Fələstin dövlətinin yaradılması ideyasını dəstəkləyir. Lakin birtərəfli qaydada deyil. Bir çoxları fələstinlilərin müstəqillik arzusunu dəstəkləyir, amma yalnız İsraillə danışıqların yekunundan asılı olaraq”.

 

 

  

  • Yazılıb
  • da (də) 2011 Jul 18