Tarix : 2011 Jul 18
Kod 24139

Rusiya ilə Azərbaycanın sərhəd söhbətləri

Azərbaycan və Rusiyanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Sergey Lavrov bu gün Moskvada Rusiya Federasiyası ilə Azərbaycan Respublikası ...
well/Aran agentliyi

Azərbaycan və Rusiyanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Sergey Lavrov bu gün Moskvada Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədi haqqında 2010-cu il 3 sentyabr tarixli müqavilənin ratifikasiyası barədə sənədləri mübadilə ediblər. Trend-in məlumatına görə, bu barədə “Rossiya 24” telekanalı xəbər verir.

“Biz iki ölkə prezidentlərinin qarşıya qoyduqları bütün sahələrdə yüksək inkişaf sürətini müəyyən etdik”, - Lavrov Məmmədyarovla birgə mətbuat konfransında deyib.

Onun sözlərinə görə, sərhəd barədə müqavilə Samur çayının su resursları haqqındakı sazişlə birgə qüvvəyə minib.

“İmzalanan saziş bütün sahələrdə regional əməkdaşlığımız üçün əlverişli şərait yaradır”, - Lavrov bildirib.

Milli.Az

 

  

  • Yazılıb
  • da (də) 2011 Jul 18