Tarix : 2011 Jul 18
Kod 24140

Azərbaycanda neft və qaz hasilatı azalıb

Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycan neft və hasilatını azaldıb
well/Aran agentliyi

 

 Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycan neft və hasilatını azaldıb.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2011-ci ilin ilk 6 ayı ərzində ölkədə 23,878 mln. ton neft və 12,911 mlrd. kubmetr qaz hasil olunub. Ötən ilin eyni dövrü ilə müqayisədə neft hasilatı 5,6%, qaz hasilatı isə 2,1% azalıb.

Neft hasilatının azalmasına baxmayaraq, cari ilin yanvar-iyun aylarında ölkədə neft məhsullarının istehsalı ötən ilin analoji dövrü ilə müqayisədə 3,3% artıb.

Ümumiyyətlə, hesabat dövründə Azərbaycanda mədənçıxarma bölməsində məhsul istehsalı ötən ilin 5 ayının göstəricisi ilə müqayisədə 4% azalıb.

 APA

  

  • Yazılıb
  • da (də) 2011 Jul 18