Tarix : 2011 Jul 18
Kod 24141

Mixail Saakaşvili film səsləndirib

Rusiya-Gürcüstan münasibətlərində yeni qalmaqalın əsası qoyulub. Buna səbəb 2008-ci ildə Rusiyanın Gürcüstana hərbi müdaxiləsi ilə bağlı Hollivudda çəkilmiş “Avqustun beş günü” adlı bədii filmdir
well/Aran agentliyi

 Rusiya-Gürcüstan münasibətlərində yeni qalmaqalın əsası qoyulub. Buna səbəb 2008-ci ildə Rusiyanın Gürcüstana hərbi müdaxiləsi ilə bağlı Hollivudda çəkilmiş “Avqustun beş günü” adlı bədii filmdir. Film 2008-ci ilin yayında Gürcüstanın Cənubi Osetiya və Abxaziyada öz ərazi bütövlüyünü təmin etmək məqsədilə apardığı hərbi əməliyyatlara Rusiyanın qarışması barədədir.

Filmdə Rusiya tərəfi qəddar və amansız təsvir edilir. Baş qəhrəman hadisələri yerində izləyən amerikalı jurnalistdir. Bir vaxtlar İraqdakı kolaisiya üzvlərinin tərkibindəki gürcü hərbiçiləri tərəfindən xilas edilən amerikalı jurnalist Rusiyanın Gürcüstana hərbi müdaxiləsi başlayanda Qoriyə gəlib.

Rejissor Renni Harlenin çəkdyi filmdə Mixail Saakaşvili rolunu məşhur Hollivud ulduzu Endi Qarsiya ifa edir. Prodüsser Nika Avalianinin sözlərinə görə, prezident rolunu Saakaşvili özü səsləndirir.

Rusiya kimi yerli müxalifətin bir qrup üzvləri də filmi narazılıqla qarşılayaıb. Onlar avqust günlərini Saakaşvili üçün bayram, Gürcüstan üçün faciə və Saakaşvilinin o vaxtkı hadisələrdə özünə bəraət qazandırmaq cəhdi kimi qiymətləndiriblər.

 ANS PRESS

 

 

  

  • Yazılıb
  • da (də) 2011 Jul 18