Tarix : 2011 Jul 18
Kod 24142

Sarkisyan ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb

Ermənistan prezidenti Serj Sarkisyan İrəvanda ATƏT-in Minsk qrupunun həmsədrləri Robert Bradtke...
well/Aran agentliyi

 Ermənistan prezidenti Serj Sarkisyan İrəvanda ATƏT-in Minsk qrupunun həmsədrləri Robert Bradtke(ABŞ), Bernar Fasie (Fransa), İqor Popov (Rusiya) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşiki (Polşa) qəbul edib.

Görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması yollarını müzakirə edilib.

Vasitəçilər Bakıda keçirdikləri görüşlər barədə də məlumat veriblər.

Qeyd edək ki, həmsədrlər bu gün Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla da görüşüblər.

APA

  

  • Yazılıb
  • da (də) 2011 Jul 18