Tarix : 2011 Jul 18
Kod 24145

''O, hicabı müdafiə etdiyi üçün zindandadır!''

Xıl əhalisinin Allaha bağlılığı, dini təfəkkürün əsrlərlə bu əhalinin düşüncəsində formalaşması bu məskənin ilahi nurla əhatələnməsinə səbəb olub
well/Aran agentliyi

Xıl əhalisinin Allaha bağlılığı, dini təfəkkürün əsrlərlə bu əhalinin düşüncəsində formalaşması bu məskənin ilahi nurla əhatələnməsinə səbəb olub. Bu kənd ruhaniləri hələ sovetlər birliyi zamanında antiislam təbliğatına qarşı çxıb və bu yolda neçə-neçə alim vətənindən didərgin salınıb.

250 km –lik yolun yorğunluğu bizi bir təhər etmişdi. Bakı- Astara magistral şossesindən ayrılan ensiz bir yol bizi nəhayət ki, adını eşitdiyimiz, lakin hələ də görmədiyimiz bu tarixi şəxsiyyətlər beşiyi olan Xıl kəndinə gətirib çıxardı.

Düzünü desək, Xılda evinə gedib bir stəkan çay içəcək dost –tanışımız da yox idi. Qəribçilik artıq kəndə girər-girməz bizə öz təsirini qoymuşdu. Cənubun qonaqpərvərliyi dillərə dastan kimi düşsə də, nabələdliyimiz bizə kiminsə qapısını döyüb “Allah qonağyıq” deməyə xəcalət verirdi. Lakin qapısını ürəklə və utanmadan döyəcəyimiz bir ev var idi. Allahın evi.

Kənd məscidi demək olar ki, Xılın tam ortasında yerləşdirilmişdi. Məscidin həyətinə daxil olduqda bu əzəmətli bina, sakinlərin Yaradana olan məhəbbətindən xəbər verirdi. Kəndin girişindən məscidə qədər yol boyu insanların şəxsi evləri bu məscidin qarşısında öz əzəmətini itirmişdi. İnsanların Allaha, dinə olan məhəbbəti Allaha məxsus olan evin öz şəxsi evlərindən fərqlənməsindən məlum idi.

Artıq zöhr azanı da verilirdi. Kəndin hər tərəfindən məscidə axışan insanlar bir başa dəstəmazxanaya gedir, ordan da məscidə daxil olurdular. Namaz çağırışının bitməsini gözləyən ağsaqqal bir ruhani mehrab qarşısında oturub Allahla irtibatı səbirsizliklə gözləyirdi. Onun arxasında oturan dindarların əksəriyyətini cavanların çoxluq təşkil etməsi çox sevindirici hal idi.

Lakin dindarların simalarında sanki bir məyusluq və kədər də müşahidə olunurdu. Səssiz - səmirsiz azan sədası altında diz üstə oturan müqtədilərin solğun simalarında həsrətin əlamətləri təsir qoymuşdu. Bəli, səbəb isə məlum idi. Düz 7 ay bundan öncə bu kəndin sevimlisi, öz əxlaqı, tərbiyəsi və elmi ilə nəinki Xıl kəndinin, hətta bütün cənub bölgəsinin qəlbinə nur kimi nüfuz etmiş ” İlk öncə Seyyidin evinə getmək istədiyimizi bildirdikdə, bunun həm bizim üçün həm də Seyyidin ailəsi üçün təhlükəli olduğunu bildirdi. Çünki, Seyyid Fəramizin həbs olunmsaından indiyə kimi onun evinə nəzarət edildiyini, gəlib gedənlərin kimliyi barədə araşdırma aprıldığını vurğuladı. “ Seyyid Fəramiz həbs olunmuşdu.

7 aydır bu əzəmətli məscidin minbəri onsuzluq yaşayırdı. Artıq 7 ay di ki, Xıl sakinləri bu ruhani alimin bəlağətli nitqini, könülləri oxşayan moizələrinin həsrətini yaşayırdılar.

Əslində bizim də bura gəlməkdə məqsədimiz, barəsində yalnız mətbuatda eşitdiyimiz Seyyid Fəramiz haqqında onun həmkəndlilərndən müəyyən qədər məlumat almaq idi.

Namazı tamamladıqdan sonra məscidin həyətinə enən insanlar arasından yaxşı bir həmsöhbət tapmaq qərarına gəldik. Gəlişimizin məqsədini nurani bir qocaya söylədikdə, o yenidən bizə məscidin içərsinə daxil olmağı təklif etdi.

Mütəmadi səcdə etməkdən alnında iz buraxmış bu bəstə boylu nurani, Seyyid Fəramizin adını eşitdiyində kövrələrək, cibindən çıxardığı ağ yaylığı ilə göz yaşlarını silə- silə “xoş gəlmisiniz” dedi.

İlk öncə Seyyidin evinə getmək istədiyimizi bildirdikdə, bunun həm bizim üçün həm də Seyyidin ailəsi üçün təhlükəli olduğunu bildirdi. Çünki, Seyyid Fəramizin həbs olunmsaından indiyə kimi onun evinə nəzarət edildiyini, gəlib gedənlərin kimliyi barədə araşdırma aprıldığını vurğuladı.

Ağsaqqaldan “Seyyid Fəramizi bizə anlat” xahişini etdikdə, o, bir neçə nəfəri də bizim söhbətə qoşulmağa dəvət etdi. Artıq ətrafımızda bir neçə gənc və üç ağsaqqal var idi.

"Seyyid Fəramiz kəndimizin ən hörmətli ağsaqqalı idi. 56 yaşı vardı. "Ömrünün bütün günlərini İslamın təbliğatına həsr edib.

Hər gün məsciddə camaat namazları təşkil edərdi, sakinlər də Seyyidin moizəsinin məhəbbətinə məscidə gələrdilər. Məscidimiz daim ağzına kimi dolu olardı.

Neçə-neçə içki düşkününü, narkomanı xoşbəxt həyata qaytarmışdı Seyyid. Bütün dini məsələlərimizə, bizi maraqlandıran ilahi hökümlərə cavab verməyə cəhd edərdi. Hətta gecə saatlarında zəng etsəydik, böyük məmnuniyyətlə xidmətimizdə idi. O, bu kəndə Allahın bir neməti olaraq əta olunmuşdu. Kəndin bütün xeyir və şərrində daim başda olardı.

Yaşda bizdən kiçik olsa da onun elm və əxlaqının qarşısında özümüzü uşaq kimi hiss edirdik. Daim məsləhətinə ehtiyacımız var idi.” Yaşlı müsahibimiz gözlərinin yaşını yenədə yaylığı ilə silməyə başladı. Bu vaxt ikinci müsahibimiz sükutu pozdu.

“ Fəramizin həbsi sanki şah damarımızın kəsilməsi kimidir. Biz belə həbsləri atalarımızdan eşitmişdik. Məsələn, Kolatanın axundu Şeyx Cəlalı 37-ci ildə gecə gəlib apardılar və Sibirə sürgün etdilər. Yeddioymağın axundu, nəcəf alimi Şeyx Tahanı şura hökuməti sürgün elətdirdi.

O zaman bizə qəribə gəlirdi. Amma indi bundan da betərinin şahidi olmuşuq. Əliyev rejimi şura hökumətindən də zalım imiş.

Biz bu hakimiyyətə seçkilərdə səs verdik ki, gəlib bizim namusumuzla oynasınlar? Qızlarımızın başlarındakı yaylıqları soyundursunlar? Hanı bəs indi o ruhaniləri həbs elətdirən şura hökuməti? Allahla müharibə etməyi düşünürdülər. Hanı bəs indi? Allah 37 qurbanlaının ahını yerdə qoymadı. İnşallah Seyyid Fəramzin də ahını yerdə qoymayacaq.

Bizi dindar bilib savadsız sanmasınlar. Bu məsciddəkilər bəzi məmurlardan və özünə siyasətçi deyənlərdən qat-qat savadlıdırlar. Əgər bir iqtidar ki, özünü qorumaq və gələcək problemlərdən sığortalamaq istəyirsə, gərək ilk növbədə xalqın inanclı kəsimini öz ətarafına yığsın, insanların dini hissiyyatı ilə oynamasın.

Seyyid Fəramiz daim moizələrində bu səbkili mövzulara toxunurdu. Son çıxışı zamanı da biz orda idik. Seyyid buyurdu ki, Allahın əmrinə qarşı çıxanlar tezliklə zəlil olacaqlar. Biz də ucadan “amin” dedik.

Sonra gəldilər ki, guya Seyyidin evindən silah- sursat çıxıb. Gülməlidir bu böhtan. Heç olmasa inandırıcı bir böhtan ataydılar. Seyyid ömrü boyu kimsənin toyuquna bir daş atmayıb, qarışqanı belə bilərədkdən öldürməyib, o ki qaldı evində silah saxlasın.

Onun həyətindəki tövləyə naməlum şəxslər silah kisəsi qoymuşdular. Evinə basqın edən polislər də silahı tövlədə axtarırdılar. Çünki bilirdilər ki, silah hardadır və hara qoyulub. Seyyidin silaha ehtiyacı olmayıb, onun silahı onun elmi idi ki, hakimiyyət bunun qarşısında bacara bilmədi və sonunda kişilikdən kənar bir hərəkətlə onu zindanlıq etdi. Sonra da Seyyidi müdafiə edənlərə qarşı təziqlər etməyə başladılar ki, onu müdafiə etməsinlər”

Bu zaman birinci müshibimiz yenidən söhbətə müdaxilə etdi. “ Qoy elə bilməsinlər ki, Seyyidi həbs etməklə onun tərəfdarları olan bizlər sakit dayanacağıq. Biz yaxşı ilə pisin nə olduğunu bilirik. Sadəcə “səbr hər bir müşkülün açarıdır” deyirik və səbr edirik. Onun yenidən bizə qayıtması üçün əlimizdən gələni edəcəyik. Biz gözü yolda qalmış onun seyyid balalarına söz vermişik. Seyyidə həm ailəsinin, həmdə Masallı dindarlarının ehtiyacı var. Buna görə hər gün dualar edirik, Allahdan ümidimizi üzməmişik, onu qaytaracağıq, İnşallah”

Beləcə ayrıldıq Xıl kəndindən. Kövrək notlar altında kəndi tərk etsək də növbəti dəfə bu məscidə Seyyid Fəramizin moizəsini dinləmək ümidi ilə ayrılırıq. Bu fikirlərlə yola zillənmiş gözlərim kəndin dar küçəsindən keçən iki hicablı qızcığaza düşdü. Ancaq onlar yəqin ki, məktəbdən gəlmirdilər, çünki bu kənddə də hicablılar məktəbdən qovulmuşdu. Yəqin ki, bu hicablı balalar da hamı kimi Seyyidin gəlişinin intizarında idilər. Axı bu qızcığazlar bilidilər ki, onların namus qoruyucusu Seyyid Fəramiz, onları müdafiə etdiyi üçün dörd divar arasındadır. Allah qapını açsın Seyyid!

Azadxeber.az

 

  

  • Yazılıb
  • da (də) 2011 Jul 18