Tarix : 2011 Jul 18
Kod 24146

Gəncəli ruhaninin cəzası 2 il 6 aya endirildi

Bu gün Gəncə Apellyasiya Məhkəməsində dindar Hacı Azər Cəbiyevin apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib
well/Aran agentliyi

Bu gün Gəncə Apellyasiya Məhkəməsində dindar Hacı Azər Cəbiyevin apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Bu barədə İslam-Azeri.az İnternet qəzetinə vəkil Elçin Namazov məlumat verib. O, hakim Ceyhun Əhmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin ittiham olunan maddəsinin dəyişdirildiyini bildirib. Belə ki, Cinayət Məcəlləsinin 221.3-cü (silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıq) ittiham olunan Hacı Azər Cəbiyev 221.2.2 maddəsi ilə (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə xuliqanlıq) günahkar bilinib. Hacı Azər Cəbiyevin həbs müddəti 4 ildən 2 il 6 ay müddətinə azaldılıb.

Gəncəli ruhaninin vəkili qərarla razı olmadığını önə çəkərək deyib: "İttiham tərəfi 221.3-cü maddəsini sübut edə bilmədilər. Ancaq biz bu qərarı qanunsuz və ədalətsiz hesab edirik. Ona görə bu qərar ədalətsizdir ki, orada iki ilədək islah işi cəzası da var idi. Yəni məhkəmə onu azad edə bilərdi. Amma onu azad etmədi, bilə-bilə ki, bu ona qarşı böhtandır. Biz sübut edirik ki, Hacı Azərə qarşı irəli sürülən ittihamlar böhtandır. Yenə hökmdən narazıyıq. Biz onun azad edilməsini tələb edirik. Apellyasiyanın hökmünü alıb Ali Məhkəməyə yaxın günlərdə kassasiya şikayəti verəcəyik".

Elçin Namazov Ali Məhkəmənin qərarından narazı olduqları təqdirdə Avropa Məhkəməsinə müraciət edəcəklərini bildirərək bu işin Avropa Məhkəməsində onların xeyrinə həll ediləcəyinə inandığını bildirib.

 

  

  • Yazılıb
  • da (də) 2011 Jul 18