Tarix : 2011 Jul 19
Kod 24165

İranın Xəzər Dənizi məsələləri üzrə nümayəndəsi Moskvaya səfər edib

İran İslam Respublikasının Xəzər Dənizi məsələləri üzrə xüsusi nümayəndəsi Məhəmməd Mehdi Axundzadə Xəzər Dənizi Konvensiyasının ilkin mətninin ...
well/Aran agentliyi

İran İslam Respublikasının Xəzər Dənizi məsələləri üzrə xüsusi nümayəndəsi Məhəmməd Mehdi Axundzadə Xəzər Dənizi Konvensiyasının ilkin mətninin hazırlanması üzrə 29-cu iclasda iştirak etmək məqsədilə Moskvaya səfər edib. İRİB müxbirinin verdiyi məlumata əsasən Xəzər Dənizi Konvensiyasının ilkin mətninin hazırlanması üzrə 29-cu iclas beş sahilyanı ölkə olan İran İslam Respublikası, Rusiya, Azərbaycan Respublikası, Türkmənistan və Qazaxıstanın xüsusi nümayəndələrinin iştirakı ilə sabah çərşənbə axşamı günü (19 iyul) iki gün müddətində Rusiyanın Xarici İşlər Nazirliyi binasında keçiriləcəkdir.

Rusiyada keçirilməsi qərara alınmış Xəzəryanı Ölkələrinin 4-cü Zirvə Toplantısına hazırlıq işlərinin keçirilməsi bu iclasın digər proqramlarındandır.

Axundzadə eyni zamanda İranın xarici işlər nazirinin hüquqi və beynəlxalq məsələlər üzrə müavinidir.

  

  • Yazılıb
  • da (də) 2011 Jul 19