Tarix : 2011 Jul 19
Kod 24167

“İran vasitəçilik etməyə hər an hazırdır”

Dağlıq Qarabağ münaqişəsinin uzadılması İranı narahat edir
well/Aran agentliyi

“İran Dağlıq Qarabağ münaqişəsinin həllinə vasitəçilik etməyə hər an hazırdır”. Bunu SalamNews-a açıqlamasında İranın Azərbaycandakı səfiri Məhəmməd Bagir Bəhrami bildirib.

Səfir ölkəsinin münaqişə ilə bağlı mövqeyini diqqətə çatdıraraq deyib ki, Azərbaycan və Ermənistan tərəfləri razı olsa, İran Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə vasitəçilik edər. İran Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə tərəfdardırdır: “İran həm Azərbaycan, həm də Ermənistan ilə qonşu dövlətdir. Bu baxımdan İran istəyir ki, münaqişə sülh yolu ilə həllini tapsın və regionda sabitlik höküm sürsün”.

Səfirin fikrincə Dağlıq Qarabağ münaqişəsinin həllinə vasitəçiliyi yalnız region ölkələri etməlidir: “Dağlıq Qarabağ münaqişəsinin həllində Qərb maraqlı deyil. Qərbin maraqı yalnız Azərbaycanın enerjisidir. Regiondan kənar dövlətlər Azərbaycana və Ermənistana yalan vədlər verərək münaqişənin həllini uzadırlar. Bu isə İranı narahat edir”.

İranlı diplomat Naxçıvanda Azərbaycan, İran və Türkiyə xarici işlər nazirləri səviyyəsində keçiriləcək görüşdə Ermənistan tərəfinin iştirakı məsələsinin müzakirə olunacağını istisna etməyib: “Gələcəkdə bu görüşlərdə Ermənistan tərəfinin iştirakı məsələsi müzakirə oluna bilər”.

 

 

  

  • Yazılıb
  • da (də) 2011 Jul 19