Tarix : 2011 Jul 19
Kod 24169

İsrail rejimi Qəzzaya yardım aparan gəmiyə hücum etdi

Gəmidə olan bütün heyət üzvü və fəallar həbs ediliblər. Gəmi isə İsrail rejiminin Aşdot dəniz limanına aparılıb
well/Aran agentliyi

Sionist İsrail rejimi yenə də öz çirkin planlarını həyata keçirtməkdə davam edirlər. Fələstinin Qəzza bölgəsinə humanitar yardım aparan "Azadlıq donanması-2" yardım karvanının tərkib hissəsində olan "Dignitie" gəmisinə sionist əsgərlər Qəzza sahillərində hücum ediblər. Bu barədə İHH öz rəsmi saytında yazıb. Verilən məlumata görə, gəmidə olan bütün heyət üzvü və fəallar həbs ediliblər. Gəmi isə İsrail rejiminin Aşdot dəniz limanına aparılıb. Sionist İsrail rejiminin ordusundan verilən rəsmi açıqlamada gəmiyə basqın edildiyi təsdiqlənib. Verilən açıqlamada deyilir ki, əsgərlər gəmiyə daxil olan zaman heç bir müqavimətlə qarşılaşmayıblar.Qeyd edək ki, gəmidə Fransa, Kanada, Yunanıstan, Tunis və İsveç vətəndaşları olmaqla ümumilikdə 16 nəfər fəal olub. Onların vəziyyəti barədə isə məlumat verilmir.

İçərisində əsasən fransalı fəalların olduğu "Dignite el Karama" gəmisi Yunan hökumətinin qadağalarına baxmayaraq, ötən həftənin şənbə günü Yunanıstan sahillərindən çıxmağa nail olmuşdu.

 

  

  • Yazılıb
  • da (də) 2011 Jul 19