Tarix : 2011 Jul 19
Kod 24172

Seyran Ohanyanın oğlu Artur Ohanyan yol qəzasına düşüb

Ermənistan müdafiə naziri Seyran Ohanyanın oğlu Artur Ohanyan yol qəzasına düşüb
well/Aran agentliyi

 Ermənistan müdafiə naziri Seyran Ohanyanın oğlu Artur Ohanyan yol qəzasına düşüb.

Milli.Az xəbər portalının news.am saytına istinadən verdiyi məlumata görə, qəza Azərbaycanın işğal altındakı ərazisində baş verib. Nazir oğlunun da içərisində olduğu maşın yoldan çıxaraq təxminən 120 metrlik yarğana yuvarlanıb. Nəticədə maşındakı 15 hərbçi yaralanaraq xəstəxanaya yerləşdirilib.

Ermənistan Müdafiə Nazirliyindən verilən açıqlamada bildirilir ki, 3 hərbçi daha ağır yaralanıb və onların arasında A.Ohanyan da var. Onun bir neçə sümüyü sınıb. Lakin həyatına təhlükə yoxdur.

Qeyd edək ki, Ermənistan müdafiə nazirinin oğlu separatçı birləşmələrin sıralarında qulluq edir.

 

  

  • Yazılıb
  • da (də) 2011 Jul 19