Tarix : 2011 Jul 19
Kod 24175

Çində 20 uyğur öldürülüb

Olaylarda 70 nəfər həbs edilib
well/Aran agentliyi

Çinin Sincan-Uyğur muxtar bölgəsində polislə toqquşmalar nəticəsində 20 uyğur ölüb.APA-nın xəbərinə görə, bu barədə “France-Presse” agentliyi mühacirətdəki uyğur aktivistlərə istinadən məlumat yayıb.Dünya Uyğur Konqresi adlı təşkilatın açıqlamasına əsasən polislər Xotan şəhəri yaxınlığında 14 uyğuru ölənə qədər döyüblər və 6 nəfəri güllələyiblər. Hadisə uyğurlar yaxınlarının həbsdən azad olunması tələbi ilə aksiya keçirərkən baş verib.Çinin rəsmi KİV-i isə Xotanda terrorçuların polis məntəqəsinə basqın etdiyi, nəticədə 4 nəfərin həlak olduğu xəbərini yayıb 

  • Yazılıb
  • da (də) 2011 Jul 19