Azərbaycan Respublikası xarici işlər naziri Elmar Məmmədyarov prezident İlham Əliyevin Dmitri Medvedyevin Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair ...
well/Aran agentliyi
Azərbaycan Respublikası xarici işlər naziri Elmar Məmmədyarov prezident İlham Əliyevin Dmitri Medvedyevin Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair məktubuna cavabını Rusiya tərəfinə təqdim edib.Cavabın təfərrüatı hələ məlum deyil.
Rusiya xarici işlər naziri Sergey Lavrov Moskavada keçirilən mətbuat konfransında bildirib : " Bu gün Elmar Məmmədyarov Azərbaycan prezidentinin bu təkliflərə olan cavabını təqdim etdi. Heç şübhə etmirik ki, Dağlıq Qarabağ münaqişəsinin tənzmilənməsi regionun gündəmnin əsas prioritetlərdindən biridir."
Azərbaycan xarici siyasət idarəsinin rəhbəri Elmar Məmmədyarov prezident İlham Əliyevin təkliflərə cavab məktubunun detalları haqda heç bir əlavə məlumat verməyib: "Detalları bütünlüklə açıqlamıram. Bu məktub prezidentimizin Dmitri Anatolyeviç Medvedevədir və onun detalları haqda danışmaq düzgün olmazdı".
Sergey Lavrov hələlik D. Medvedevin bu məktubu oxumadığını deyib.