Tarix : 2011 Jul 19
Kod 24179

Bərdə sakini Azərbaycan vətəndaşlığından imtina etmək istəyir

Almaz Talıbova yerli hakimiyyətdən narazıdır
well/Aran agentliyi

Almaz Talıbova yerli hakimiyyətdən narazıdır

Bərdə rayon sakini, ikinci qrup əlil, 64 yaşlı Almaz Talıbova Azərbaycan vətəndaşlığından imtina etmək niyyətindədir. Qadını bu addımı atmağa yerli hakimiyyət nümayəndələrinin özbaşınalığı vadar edib. Belə ki, məmurların özbaşınalığı nəticəsində onun mülkiyyət hüquqları pozulub.

A.Talıbova “Turan”a bildirib ki, onun Bərdədə pambıqtəmizləmə zavodunun yaxınlığındakı ticarət sırasında kommersiya obyekti olub. Yerli hakimiyyət obyekti sökərək satıcılara yeni mağaza tikintisini təklif edib. Lakin A.Talıbovaya bunu etməyə icazə verilməyib. Bunun səbəbləri isə açıqlanmır. Bununla da yaşlı qadın yaşamaq imkanından məhrum edilib.

Bərdə Rayon İcra Hakimiyyətindən şərh almaq mümkün olmayıb.

Musavat 

  • Yazılıb
  • da (də) 2011 Jul 19