Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ABŞ ordusuna xidmət halında qəzaya uğramış Azərbsycan təyyarəsinin məsələsi ilə bağlı Əfqanıstana yeni nota göndərib
well/Aran agentliyi
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ABŞ ordusuna xidmət halında qəzaya uğramış Azərbsycan təyyarəsinin məsələsi ilə bağlı Əfqanıstana yeni nota göndərib.
Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov bildirib ki, Nazirlik "İl 76" təyyarəsinin "qara qutusu"nun açılmasında azərbaycanlı mütəxəssisləri təmin etmək məqsədilə nota göndərib.
Diplomatın sözlərinə görə,"qara qutu" Əfqanıstan tərəfinin əlindədir.
Səfir eyni zamanda məsələ ilə bağlı NATO-nun Əfqanıstandakı komandanlığına da nota təqdim etdiklərini bilidirib.
"Azərbaycan NATO komandanlığından xüsusi komissiyanın üzvlərinin qəza yerinə səfər etmələrini, eləcə də təhlükəsizliklərinin təmin edilməsini xahiş edir",- Daşqın Şikarov bildirib.