Tarix : 2011 Jul 21
Kod 24208

Polad Bülbüloğlu Ermənistana gizli səfər edir?

Polad Bülbüloğlu erməni dostları ilə Göyçə gölünün ətrafınada kabab yeyib
well/Aran agentliyi

Azad xeber:Düşmənlərimizin "armeniantribun" xəbər portalında Ermənistana davamlı olaraq məxfi qaydada səfər edən məmurlarımızın adları açıqlanıb.

Sözügedən qaynaqda yer alan «Azərbaycanın hansı məmurları Ermənistana tez-tez səfər edir» başlıqlı məqalədə bildirilir ki, zaman-zaman Azərbaycanın nüfuzlu dövlət adamları aradakı konfliktin olmasına baxmayaraq Ermənistana səfər ediblər. Bu səfərlərin böük əksəriyyəti rəsmi xarakter daşısa da və yaxud da mətbuat və ictimaiyyət üçün açıq olsa da, məxfi şəkildə İrəvana səfər edən azərbaycanlı məmurlar da yetərincədir.

Mənbə bildirir ki, Ermənistanı sevən və İrəvana davamlı olaraq səfər edən məmurlarımızın önündə gələni bir zamanlar mədəniyyət nazirliyinə rəhbərlik etmiş, hazırda isə ölkəmizi Rusiyada səfir qismində təmsil edən Polad Bülbüloğlu gəlməkdədir. Erməni mətbuatının yazdığına görə, Polad Bülbüloğlu bir müddət əvvəl «xalq diplomatiyası» adı altında həm İrəvana və həm də Qarabağa səfər edən «ziyalı» qrupunun tərkibində də var idi:

«Amma Polad Bülbüloğlu erməni sənət dostlarının dəvəti və müşayiəti ilə bir neçə dəfə İrəvanda olub». Hətta keçən həftə də Rusiyadakı səfirimizin Ermənistanda olduğunu bildirən mənbə qeyd edir ki, azərbaycanlı səfiri erməni dostları Göyçə gölünün ətrafındakı istirahət mərkəzlərinin birində ağırlayıblar.

Mənbə eyni zamanda daha bir neçə məmurumuzun da Ermənistana davamlı olaraq səfər etdiyini bildirsə də, hələlik ad çəkməyib.

  

  • Yazılıb
  • da (də) 2011 Jul 21