Tarix : 2011 Jul 21
Kod 24210

''Azərbaycana səfər etməyin!''

İsrailin Milli Təhlükəsizlik Şurasının Anti-Terror Bürosu həyəcan təbili çaldı
well/Aran agentliyi

İsrailin Milli Təhlükəsizlik Şurasının Anti-Terror Bürosu yay mövsümündə Türkiyə, Azərbaycan və Gürcüstanda istirahət etmək niyyətində olan ölkə vətəndaşlarına ehtiyatlı olmağa dair fevral ayındakı çağırışını yeniləyib.

APA-nın İsrailin “İsrael National News” nəşrinə istinadən verdiyi məlumata görə, xəbərdarlıqda deyilir ki, İsrailin Anti-Terrror Bürosu hər üç ölkədə İsrail hədəflərinə hücum üçün təhlükənin sovuşmadığını qeyd edib.Adıçəkilən üç ölkəyə səfər etməkdə israrlı olan İsrail vətəndaşlarına büro bir sıra tövsiyələr də verib. Onlara turizm məkanlarının ziyarəti zamanı son dərəcədə ehtiyatlı olmaq, israillilər tərəfindən ziyarət olunan kütləvi yerlərə baş çəkməmək, planlaşdırılmamış işgüzar görüşə dəvətlərdən imtina etmək, həmçinin şübhəli yad şəxslərlə təmaslardan yayınmaq tövsiyə edilib.

 

  

  • Yazılıb
  • da (də) 2011 Jul 21