İyul ayının 24-də Rusiyanın Çelyabinsk şəhərində ''Hicab Mədəniyyət Forumu'' keçiriləcək
well/Aran agentliyi
İyul ayının 24-də Rusiyanın Çelyabinsk şəhərində "Hicab Mədəniyyət Forumu" keçiriləcək, -"İqna" xəbər verir. Tədbir şəhərin "İsmail" məscidində keçiriləcək. Forum haqqında məlumat verən məscidin imamı deyib ki, forumun məqsədi hicabın əhəmiyyəti haqqında ictimaiyyətə məlumat verməkdir. Proqramın koordinatoru Əminə Dolqanova hicabın qadının insani dəyərlərini qoruduğunu və kişilərin qadınlara olan hörmətini artırdığını vurğulayıb.
Forumda hicabın əhəmiyyəti haqqında şerlər, hekayələr və filmlərlə yanaşı, "Müsəlman qadının örtüsü Hicab" mövzusunda çıxışlar ediləcək.