Tarix : 2011 Jul 21
Kod 24215

ABŞ-la Gürcüstanın Tiflisdə birgə manevri

ABŞ və Gürcüstan quru piyadaları arasında birgə manevr Tiflisin Vazyani hərbi düşərgəsində keçirilir
well/Aran agentliyi

ABŞ və Gürcüstan quru piyadaları arasında birgə manevr Tiflisin Vazyani hərbi düşərgəsində keçirilir.

İSNA İnformasiya Agentliyinin məlumatına əsasən, 2 həftə ərzində keçiriləcək bu manevrdə 350 amerikalı və 450 gürcü hərbiçisi iştirak edəcək.

Bu manevrin keçirilməsində əsas məqsəd hərbi bölmələr arasında təcrübə mübadiləsi və terrorizmlə mübarizə sahəsində potensialların artırılmasıdır.

Qeyd edək ki, Gürcüstan Respublikası Cənubi Qafqaz bölgəsində Amerikanın müttəfiqi hesab olunur.

 

  

  • Yazılıb
  • da (də) 2011 Jul 21