Tarix : 2011 Jul 21
Kod 24218

ÜMİD PARTİYASI SƏFƏR ƏBİYEVİN İSTEFASINI TƏLƏB EDİR

Aynur İmranova: “Hərbi xidmət zamanı ölən bütün əsgərlərə şəhidlik statusu verilməlidir”
well/Aran agentliyi

Hərbi xidmət zamanı dünyasını dəyişən bütün hərbi qulluqçulara şəhidlik statusu verilməlidir. Yalnız erməni gülləsindən həlak olan hərbi qulluqçulara deyil, xidmətdə olarkən bədbəxt hadisə nəticəsində, hətta intihar edən əsgərlərə bu status şamil olunmalıdır. Biz hesab edirik ki, maddi təminat erməni gülləsindən şəhid olanlara verilməlidir. Digərlər səbəblərdən dünyasını dəyişənlərə şamil olunmaya bilər. Amma onlara da şəhidlik statusu verilməlidir. Necə ki, Türkiyə ordusunda bu qaydalar mövcuddur”.

 

Ümid Partiyası sədrinin ictimaiyyətlə əlaqələr üzrə müavini Aynur İmranova “Yeni Müsavat”a verdiyi açıqlamasında bildirib ki, bu məsələ neçə illərdir qaldırılır, amma bir nəticə yoxdur: “Bunun biz mənfi nəticələrini müşahidə edirik. Əgər əsgər intihar edibsə, bunu onun psixoloji problemi olması ilə əlaqələndirib üstündən ötürlər. Əgər psixoloji problemi olubsa, onu niyə orduya aparıblar? Əgər sağlam aparılıbsa, orada onun hansı şərait üzündən psixikası pozulub və intihar edib? Heç bir ana övladını intihar etmək üçün böyütmür və orduya da bunun üçün göndərmir”.

A.İmranova dedi ki, son vaxtlar orduda neqativ halların çoxalması Ümid Partiyasının da narahatlığına səbəb olub: “Bu yaxınlarda üç zabit kazarma tikintisi məsələsi ilə bağlı prezidentə müraciət etdi. Bunu araşdırmaq əvəzinə, həmin zabitlərin özlərini cəzalandırırlar. Biz həmin zabitlərin taleyindən narahatıq, onların başına müxtəlif hadisələr gətirilə bilər. Dünən isə başqa bir məlumat üzə çıxdı ki, orduda bir çavuşun boynu sındırılıb. Bizim yuxarıda qeyd edilən təklifimizin bir səbəbi də bu kimi halların qarşısının alınmasına, zabitlərin həyat təminatına hesablanıb. Biz eyni zamanda hesab edirik ki, baş verənlərlə bağlı Səfər Əbiyev istefaya getməlidir. Ali Baş Komandan ordudakı bu vəziyyəti nəzarətə götürüb ciddi araşdırmalar aparılmasına göstəriş verməlidir”.

musavat.com

  

  • Yazılıb
  • da (də) 2011 Jul 21