Tarix : 2011 Jul 23
Kod 24239

Azərbaycanda bir neçə rayonun polis rəisi dəyişdirilib

Daxili işlər naziri qərar qəbul edib
well/Aran agentliyi

APA-nın məlumatına görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun müvafiq əmri ilə Saatlı Rayon Polis Şöbəsinin rəisi Ağəli Xəlilov işdən çıxarılıb. Nazirin digər əmri ilə Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin rəisi Cəbrayıl Vəliyev Saatlı rayonuna polis rəisi təyin edilib. A. Xəlilovun sərəncamda olduğu bildirilir. R. Usubovun daha bir əmri ilə Nəsimi Rayon Polis İdarəsinin rəis müavini Vaqif Müslümov İmişli Rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyinat alıb. İmişlinin polis rəisi Hüseynəli Məlikov isə bir müddət əvvəl tutduğu vəzifədən azad edilərək Lerik Rayon Polis Şöbəsinə rəis təyin edilib

 

 

 

  

  • Yazılıb
  • da (də) 2011 Jul 23