İsrail 9 adamın həyatını itirdiyi ''Mavi Mərmərə'' basqını ilə əlaqədar Türkiyənin üzr istəmək təkidinə boyun əyir
well/Aran agentliyi
İsrail 9 adamın həyatını itirdiyi "Mavi Mərmərə" basqını ilə əlaqədar Türkiyənin üzr istəmək təkidinə boyun əyir. Bütün hər şey İsrailin 27 iyuldan əvvəl üzr istəyəcəyinə işarə edir. Keçən ilin mayında baş verən "Mavi Mərmərə" basqınından sonra Türkiyənin İsrail ilə donan diplomatik münasibətlərini yenidən canlandırmaq üçün şərtləri açıq idi: ölənlərin yaxınlarına təzminat ödənilməsi və basqına görə üzr istənməsi.
İsrail təzminat mövzusunda heç bir problem çıxarmadı, ancaq üzr mövzusunda güzəştə getmədi. BMT-nin iyulun 27-də açıqlanması gözlənilən "Mavi Mərmərə" hesabatı ilə baş nazir Rəcəb Tayyib Ərdoğanın "Qəzzaya gedəcəyəm" çıxışı İsrailin həyəcan siqnalı çalmasına səbəb oldu. İsrail Nazirlər Kabinetində daha əvvəl sərt bir dillə "üzr istənilməyəcək” deyən insanlar bir-birinin ardınca mövqe deyişməyə məcbur oldu.
Türkiyə mediasının verdiyi xəbərə görə, BMT Komissiyasında Türkiyəni təmsil edən Özdem Sanberk dünən İsrailin "Haaretz" qəzetinə iyulun 27-nə işarə edərək "Bu İsrailin son şansı" ismarıcını verib.
Eyni qazetə şərh verən baş nazirlin müşaviri İbrahim Qalın isə İsrail tərəfindəki tərəddüdlərin aradan qaldırması üçün Ərdoğan tərəfindən istiqamətləndirildiyini ifadə edərək, "Türkiyə İsrail ilə əlaqələri əhatəli bir şəkildə normallaşdırmaq niyyətindədir. Amma İsrail Türkiyədə nələrin olub bitdiyini anlamalıdır. Dostlar səhvləri üçün üzr istəyər", -deyib.
İndi iyulun əvvəlində ABŞ-da həyata keçirilən və Türkiyə ilə İsrail arasındakı münasibətləri düzəltmək üçün yetərli olmayan görüşlərdən sonra gözlər bu həftə sonu Nyu-Yorkda iki ölkə diplomatları arasında baş tutacaq ikinci tur danışıqlarına yönəlib. "Haaretz" qəzetinin yazdığına görə, Təl Əviv ilə Ankara 2 həftə əvvəl razılığa çox yaxınlaşdı. Ortaya qoyulan mətndə "üzr" sözü istifadə edildi. Ərdoğanın təsdiqini alan mətnə Netanyahu da təsdiq vermək istədi, ancaq kabinetindən xarici işlər naziri Liberman və baş nazirin müavini Moshe Yalonun şiddətli etirazı səbəbi ilə geri addım atmaq məcburiyyətində qaldı. Lakin tarixin yaxınlaşması və Ərdoğanın Qəzza çıxışından sonra İsrail tərəfində vəziyyət dəyişdi. Müdafiə Nazirliyi, Ordu Baş qərargahı, Ədliyyə Nazirliyi, İsrail Prokurorluğu və Milli Təhlükəsizlik Şurasının üzr istınilməsi ilə bağlı dəqiq fikir ortaya qoydu. Kabinetindən güclü bir dəstək alan baş nazir Netanyahu da üzr istənilməsini təsdiqlədi.
İsrailin ordu radiosu dünən Netanyahunun Türkiyədən üzr istəməsinə hazır ola biləcəyini bildirib. Ordu radiosu baş nazirin yaxın ətrafına istinadən verdiyi xəbərində, "yüngül bir üzr" ifadəsini istifadə edib.
SalamNews