Tarix : 2011 Jul 23
Kod 24243

2 aprel məhbusu: «Bizim məhkəməmiz «avtobus şousu»dur»

İyulun 22-də Səbail rayon Məhkəməsində İctimai Palatanın 2 aprel aksiyası zamanı həbs olunmuş 6 nəfərin işi üzrə növbəti məhkəmə prosesi keçirilib
well/Aran agentliyi

İyulun 22-də Səbail rayon Məhkəməsində İctimai Palatanın 2 aprel aksiyası zamanı həbs olunmuş 6 nəfərin işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

İttiham aktında deyilir ki, bu 6 nəfər asayişi pozub, polisin tələbinə məhəl qoymayıb, 25 mülki şəxsə və polisə xəsarət yetirib. Eyni zamanda, hərəkətdə olan avtobusu dayandırıb üç nəfəri qaçırdıblar, həmin avtobusa 1325 manat ziyan vurublar.

Zərərçəkənlərin nümayəndələrinin də iştirak etdikləri prosesdə AXCP sədrinin müşaviri Sahib Kərimov ifadəsində bildirib ki, ittiham saxtadır. O, məhkəmə işini «avtobus şousu» adlandırıb.

                      

  

  • Yazılıb
  • da (də) 2011 Jul 23