Tarix : 2011 Jul 23
Kod 24247

Hacı Hacığa Nuri: ''Azərbaycan xalqı bu imzatoplamanı özünə ...''

Mən yüzminlik imzatoplama kampaniyasının uğurla inkişaf etməsini alqışlayıram
well/Aran agentliyi

Yüzminlik imzatoplama kampaniyasının ilk mərhələsini dəyərləndirərkən Nardaran ağsaqqalı Hacı Hacığa Nuri fikirlərini "Deyerler.org"a belə bölüşmüşdür: “Bismillahir-Rahmanir-Rahim! Mən yüzminlik imzatoplama kampaniyasının uğurla inkişaf etməsini alqışlayıram. Bu işdə əziyyət çəkən bütün insanları salmalayıram və təbrik edirəm. Kampaniya öncəsi Hacı İlqar Naradarana gəldi və ağsaqallarla kampaniyanın necəliyi və məqsəduyğunıuğu istiqamətndə məsləhətləşmələr apardı. Biz o vaxt da Hacı İlqara dedik ki, 7 ay bundan qabaq Naradaran bu prosesi keçdi və 3 minə qədər imza toplanıldı. O zaman həmin kampaniya geniş vüsət almadı. Amma indiki bu təşəbbüs - çox gözəldir və xalqın təşəbbüsüdr. Bu, ölkə başçısına ünvanlanmış müraciətdir ki, ümidvarıq ki, buna müsbət reaksiya verilər. Biz güman edirik ki, 70-minlik nəticəyə biz mübarək Ramazan ayının sonuna doğru çatarıq. Amma hadisələrin gedişatı göstərdi ki, həm Azərbaycanın qədirbilən xalqı, həm də bu işdə çalışanlar doğrudan da özlərinə dini, insani və milli bir vəzifə bilrilər ki, bu sahədəki görülən işləri sürətlə irəli aparsınlar. Hətta hicab geyinməyən xanımlar belə, bu kampaniyada iştirak edirlər. Bütün bunlar bir mesajdır ki, Azərbaycan xalqı, Azərbaycan insanı heç vaxt milli kimliyini atmayıb, unutmayıb və bundan sonra da unutmayacaq. Mən ümidvaram ki, hələ mübarək Ramazan ayı daxil olmamış bu yüzminlik imza toplanacaq. Və inşaallah, ölkə başçısı da elə mübarək Ramazan ayında xalqın bu cür ciddi müraciətinə müsbət reaksiya verər, bu imzalara münasibətini müsbət bildirər. Bununla da süni yaradılmış bu problem aradan qalxar”.

 

 

        

 

  

  • Yazılıb
  • da (də) 2011 Jul 23