Tarix : 2011 Jul 23
Kod 24254

Azərbaycan Respublikasında Xüsusi Təyinatlı Polis Dəstəsinin (OMON) aqibəti

XTPD-nin rəhbəri Rövşən Cavadov belə düşünürdü ki, atəşkəs olarsa, Qarabağ birdəfəlik olaraq Azərbaycandan ayrılacaq. Amma Heydər Əliyevə öz hakimiyyətini bərkitmək üçün təcili atəşkəs lazım idi
g/Aran agentliyi

 

Hal-hazırda regional ekspertlərin nəzərinə görə Azərbaycan Respublikası, Cənubi Qafqazın ən böyük ölkəsi olaraq özünə məxsus siyasi günlər yaşamaqdadır. Bir tərəfdən iqtidarla müxalifətdə olan partiyaların aksiyaları və dövlətin hazırkı siyasətinə öz etirazlarını bildirmələri, bir tərəfdən də islami təşkilatların, xüsusilə də İslam Partiyasının dövlətdən tələbləri bu ölkədə siyasi böhran yaratmışdır. İqtidar da demokratiya şüarı ilə çıxış etsə də öz tənqidçiləri və müxaliflərinə azacıq da olsa, güzəştə getmək istəmir. Dövlətin İslam Partiyasına qarşı sərt rəftarı bu iddinın nümunəsidir. Belə ki, İslam Partiyasının ilk sədri neçə il həbsxana işgəncələri səbəbilə öz fiziki sağlamlığını itirərək vəfat etdi. Hal-hazırkı rəhbəri də yenə həbsdədir. Bakı dövlətinin əsas qorxusu islamçılar və islami şəxsiyyətlərdən olmasına baxmayaraq qeyri-dini partiyalar və şəxsiyyətlər qarşısında da özünün demokratiya və insan hüquqları barədə iddialarına riayət etmək etmək fikrində deyil.

Azərbaycandakı siyasi durumla araşdırmalara əsaslanaraq, belə qərara gəldik ki, Azərbaycan dövlətinin dünyanın müxtəlif nöqtələrində sığınacaqda, sürgündə və s. olan  siyasi müxaliflərinin taleyi ilə bağlı tədqiqat aparaq. Buna görə də birinci hissədə Ayaz Mütəllibovun, ikinci hissədə Rəsul Quliyevin siyasi fəaliyyətinə işarə edildi. İndi isə XTPD-nin iki fəal rəhbəri və işğal olumuş ölkə ərazilərinin azadlığı barədə düşünən və bunun həyata keçməsi üçün xalqın gücünə arxalanan Rövşən Cavadov və Mahir Cavadovun aqibətinə işarə edirik. 

Rövşən Cavadov 19 oktyabr1951-ci ildə Göyçayrayonunda dünyaya gəlib. 1973-cü ildə Azərbaycan Dövlət Tibb Universitetindən məzun olub. 1973-1976-cı illər arasında DİN Xəstəxanasında cərrah işləyib. 1976-cı ildə Rostov şəhərindəki SSRİ DİN Akademiyasına daxil olub və 1980-ci ildə oranı bitirib.

Qarabağda baş verən hadisələr zamanı Rövşən Cavadov OMON-un rəhbərliyini öhdəsinə aldı və hökumətin onunla həmfikir olduğu surətdə xalqın gücünə arxalanmaqla Qarabağı azad etməyin mümkün olduğuna inanırdı. Lakin Azərbaycan hakimiyyəti bəzi dəlillər üzündən, o cümlədən bu dəstənin İranla əlaqəsi olduğundan OMON-un fəaliyyətinin davamına razılıq vermədi.

3000 nəfərlik könüllü dəstənin rəhəbri olan Rövşən Cavadov atəşkəs olduğu surətdə Qarabağın birdəfəlik olaraq Azərbaycandan ayrılacağını düşünürdü. Amma Heydər Əliyevə öz hakimiyyətini bərkitmək üçün təcili atəşkəs lazım idi. Bu mövzu hakimiyyətlə OMON rəhbəri arasında bərk fikir ayrılığına səbəb oldu. Ona görə də AR prezidenti 1995-i ildə ölkə ordusunun ermənilərin düşməni OMON-un Bakıdakı qərargahına hücum əmrini verdi. Rövşən Cavadov bu qarşıdurmada yaralandı. Amma onun xəstəxanaya çatdırılmasına imkan verilmədi. Nəticədə, həmişə cəbhədə düşmənlə döyüşdə şəhid olmaq və öz ölkəsini düşmən işğalından azad etmək arzusunda olan bir şəxs Bakıda şəhid oldu.

Rövşən Cavadov deyirdi: ”Çevrilişdən və prezident (Heydər Əliyev) and içdikdən sonra ilk rəsmi görüşə məni çağırmışdı. Fikirləşirdim ki, məndən Qarabağın azadlığı haqda planımızın nədən ibarət olduğu soruşulacaq. Odur ki, döyüş və əməliyyat planını qovluğa qoyub görüşə getdim. Amma söhbət əsnasında çaşıb qaldım. Prezident stolunun üstündə bir qovluğa işarə edib dedi: “Sizin İranla bu günə qədər olan həmkarlığınızdan xəbərim var. (Həmin qovluq İsraildən Türkiyəyə, oradan da Azərbaycana göndərilmişdi) Artıq bu gündən bütün əlaqələri dayandırmalısınız. Bizə İranın köməyi lazım deyil. Mən bilsəm ki, Qarabağı İranın köməyi ilə geri alacağıq, o torpaqları ermənilərə bağışlayaram. Qarabağ ciddi bir problem deyil, az bir zamanda öz həllini tapacaq. Bizim müharibəmiz İranladır, özümüzü İranla müharibəyə hazırlamalıyıq. Bizim həqiqi düşmənimiz ermənilər deyil, farslardır”

Mahir Cavadov, Rövşən Cavadovun qardaşıdır. O, vaxtilə Bakı şəhər Xətai rayonunun prokuroru işləmiş və OMON-un üzvü olmuşdur. Mahir Cavadov qardaşının öldürülməsindən sonra qərbə mühacirət etmiş və Bakı dövlətinin pərdəarxası sirlərini ifşa etmişdir. O, hal-hazırda Avstriyada yaşayır.

Mahir Cavadov, İranın Ali Dini Lideri Ayətullah Xameneinin Ərdəbildəki təmsilçisi, həmçinin Ərdəbil şəhərinin İmam Cüməsi Seyid Həsən Amilinin, Hacı Əlikrəm Əliyevin anım mərasimində Qarabağ barədə indiyə qədər örtülü qalmış məsələləri barədə açıqlamalarından sonra imam cümənin İranın Azərbaycana hərbi yardımı haqqında dediklərini təsdiqləməklə deyib: "Mənim nəzərimcə Azərbaycan dövlət adamları Qarabağı Ermənistana verməyə çalışırdılar".

OMON-un dağıdılmasından 16 il ötməsinə baxmayaraq, Rövşən Cavadovun ölümündən sonra bu dəstənin üzvü olduğu üçün həbs olunmuş yüzlərlə könüllü mübarizin həyatından heç bir xəbər yoxdur. Rövşən Cavadovun köməkçiləri yoxa çıxdılar.

Ekspertlərin bu əqidədədirlər ki, Azərbaycan dövləti XTPD (OMON) və digər xalq birləşmələrindən istifadə edərək öz torpaqlarını düşmən işğalından azad edə bilərdi.

  • Yazılıb
  • da (də) 2011 Jul 23