well/Aran agentliyi
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Hacı Allahşükür Paşazadə Məkkəyə səfərini təxirə salıb. Bunu SalamNews-a Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) fətva şöbəsinin müdiri Hacı Mirəziz Seyidzadə bildirib.Onun sözlərinə görə, Şeyxülislam Hacı Allahşükür Paşazadənin Məkkə səfərini təxirə salmasının səbəbi yorğunluğu ilə əlaqədardır. Hazırda bütün Qafqazın şeyxi Azərbaycandadır. Bildirək ki, A.Paşazadə iyulun 19-dan 21-dək Türkiyəyə səfəri zamanı çoxsaylı görüşlər keçirib.Ümumiyyətlə, şeyxülislam Hacı Allahşükür Paşazadə Türkiyə səfərini yekunlaşdırdıqdan sonra iyulun 23-dən 25-dək Səudiyyə Ərəbistanı Kralının rəhbərliyi ilə Məkkədə keçiriləcək qloballaşmaya həsr olunan konfransda iştirak etmək idi.
islamazeri.az