Tarix : 2011 Jul 23
Kod 24258

Zərdüşt Əlizadə ''Yüzminlik imza'' kampaniyası barədə

Orta məktəblərdə hicab probleminin həlli üçün dövlət başçısına müraciətlə bağlı 100-minlik imzatoplama kampaniyası davam edir
well/Aran agentliyi

Orta məktəblərdə hicab probleminin həlli üçün dövlət başçısına müraciətlə bağlı 100-minlik imzatoplama kampaniyası davam edir. İyulun 3-dən strat götürən kampaniya müddətində bu günədək artıq 85000-dən çox imza toplanmışdır. Kampaniyaya hər tərəfdən dəstək nümayiş olunmaqdadır. Politoloq, tanınmış ekspert Zərdüşt Əlizadə kampaniya ilə əlaqədar fikirlərini Deyerler.Org a bölüşərkən demişdir: “Vətəndaşların belə bir imzatoplama kampaniyası - əsl, həqiqi demokratik vətəndaş fəallığının nümunəsidir. Ölkədə Konstitusiyaya hörmət edilmir və sərbəst toplaşmaq hüququ əməli olaraq ləğv edilmişdir. Belə olan şəraitdə iki yol var: ya küçələrə çıxılmalıdır - bir neçə min adam küçəyə çıxır, onlar polis tərəfindən tutulurlar, döyülürlər, şərlənirlər. Digər yol isə budur ki, vətəndaşlar öz istəklərini, iradələrini imza toplamaqla bildirirlər. Bu gün uğurlu keçən imzatoplama kampaniyası məndə əminlik yaradır ki, bu, daha təsirli vasitədir. Hakimiyyətin buna necə reaksiya verəcəyinə gəlincə, o, bir neçə faktordan asılıdır. O cümlədən, imzaların sayından, zaman faktorundan asılıdır. Əgər qısa bir zamanda yüzmindən artıq imza toplanacaqsa, bu ağıllı olan hakmiyyət üçün bir zəngdir”.

 

  

  • Yazılıb
  • da (də) 2011 Jul 23