Tarix : 2011 Jul 23
Kod 24260

Seyid Həsən Amili: Pejak və PKK ünsürləri Qarabağda təlim keçirlər

Vəliyyi-Fəqihin Ərdəbil üzrə nümayəndəsi deyib: İslam İnqilabının Keşikçiləri Korpusu İranın qərbində terrorçu Pejakın mövqelərini darmadağın etdi
well/Aran agentliyi

Vəliyyi-Fəqihin Ərdəbil üzrə nümayəndəsi deyib: İslam İnqilabının Keşikçiləri Korpusu İranın qərbində terrorçu Pejakın mövqelərini darmadağın etdi. Bu terrorçu qruplaşma İranın bir çox vətəndaşını, Ərdəbilin bir çox sakinini şəhid edib. İslam İnqilabının Keşikçiləri Korpusu öz iqtidarını nümayiş etdirdi.

Ərdəbilin imam cüməsi Höccətülislam Seyid Həsən Amili qeyd edib ki, terrorçu Pejak qruplaşmasının başçısı hazırda Almaniyadadır. Almaniya hökuməti onu həbs etdi, lakin terrorizmlə mübarizə şüarını verən bu ölkə hökuməti bir neçə gün sonra onu azad etdi.

Terrorçu Pejak və PKK qruplaşmaları ünsürlərinin harada təlimlər keçdiyini sual olaraq irəli sürən Amili bildirib: Bu qruplaşmaların ünsürləri Azərbaycan Respublikasının Dağlıq Qarabağ ərazisində təlim keçirlər. Azərbaycan elə düşünür ki, Qarabağ erməninin əlindədir. Dağlıq Qarabağ hazırda ABŞ və sionist rejimin əlindədir. ABŞ və sionist rejim bu ünsürləri Dağlıq Qarabağda yetişdirir, sonra isə İrana qarşı terror əməliyyatı törətməyə göndərir.

"PKK və Pejak İranın bir çox vətəndaşını şəhid edib. Bu Qarabağ bizim üçün bir dərd olub. Qarabağ ABŞ və İsrail üçün İranın lap yaxınlığında əsas bazaya çevrilib. Lakin Azərbaycan deyir ki, münaqişəni müzakirə ilə həll edəcəyəm. 18 ildir ki, müzakirələr aparılır. 18 il uzun sürən müzakirənin adını artıq müzakirə, strategiya qoymazlar" -deyə Ərdəbilin imam cüməsi söyləyib.

Seyid Həsən Amilinin sözlərinə görə, İslam Şurası Məclisinin sədri Əli Laricani Bakı səfərində AR rəsmilərinə bildirdi ki, sizin Dağlıq Qarabağa dair strategiyanız yoxdur. Tamamilə bu sözü düz dedi. 18 illik müzakirə olarmı! Sanki bir gülünc işdir ki, Azərbaycanı oynadıblar. Azərbaycanın özü də bunu bilir. Lakin yenə də istəyir ki, bu yanlış yolu davam etdirsin.

Ərdəbilin imam cüməsi qeyd edib: Ermənistanın 18 ildir müzakirələrdə maneələr yaratması o deməkdir ki, Azərbaycana bir qarış da torpaq vermək istəmir. Yəni arxasında duran var ki, Ermənistan belə haray-həşir salır. Rusiya, ABŞ onun arxasında durublar. Bu ölkələr heç vaxt məsələyə icazə verməzlər. Minsk qrupu adında bir qrup düzələrək Rusiya və qərb ölkələri Azərbaycanı aldadıb oynadıblar.

"Azərbaycan Respublikası gözünü Kazan görüşünə dikmişdi. Lakin əvvəldən məlum idi ki, Kazanda heç bir şey baş verməyəcək. Məsələ burasındadır ki, Azərbaycan da buna meylsiz deyil. Bu vasitə ilə Azərbaycan ölkədə fövqəladə vəziyyətin vaxtını uzatmaq istəyir. Lakin burada Azərbaycan xalqının hökumətə sualı olacaq ki, 18 ildir nə üçün Qarabağ məsələsi həll olunmur. Bu zaman AR hökuməti bu münaqişənin həll olunmamasını İran və Rusiyanın üzərinə atır. Sonra da öz çıxarsızlıqlarını əsaslandırır.

"Belə bir sual olunmalıdır ki, bu 18 ildə nə iş görülüb? Azərbaycan Qarabağı azad etmək istəyirsə, yalnız bir yolu var. O da budur ki, özünə etimad edərək hərbi yolla qabağa getməlidir. Lakin bunu edə bilməz. Çünki ilk öncə Dağlıq Qarabağı almaq üçün o qüdrəti yoxdur" -deyə Amili söyləyib.

Amilinin sözlərinə görə, Azərbaycan kiminlə Qarabağı almaq istəyir? Dindar insanlarla Qarabağı azad etmək olar. Lakin AR hökuməti dindarları həbsə atıb və bütün dindarlara qarşı addım atılır.

"Bəyəm mahnı oxuyanla torpağı azad etmək olar? Çaxır içənlə torpağı azad etmək olar?" -deyə Ərdəbilin imam cüməsi qeyd edib.

Vəliyyi-Fəqihin Ərdəbil üzrə nümayəndəsi söyləyib: 2-ci səbəb odur ki, Azərbaycan müstəqil deyil. Azərbaycan prezidenti son zamanlar "fəxr edirik ki, biz müstəqilik" -deyə bildirdi.

"Mənim belə bir sualım var: Kazanda görüşlər nəticəsiz qaldıqdan sonra, Azərbaycan bildirdi ki, Rusiya əgər bizə icazə verirsən və ya kömək edirsənsə, müharibəni başlayaq! Maraqlıdır görəsən istiqlaliyyət, müstəqillik budurmu? Bəyəm Rusiya kimdir ki, mən ondan icazə almalıyam?" -deyə Seyid Həsən Amili qeyd edib.

Ərdəbilin imam cüməsi deyib: Həzrət İmam Xomeyni (rə) Fransanın Nofel-Loşatosunda idi. ABŞ-ın nümayəndəsi gəlib İmamı təhdid etdi. ABŞ nümayəndəsi elə bilirdi ki, imam da başqaları kimi biridir. İmam onun sözlərinə qulaq asdıqdan sonra dedi ki, elə bir iş görmə, fitva verim hər yerdə amerikalı varsa, öldürsünlər. Amerikalı diksindi. Məsələ başqa yerə gedib çıxar.

"Maraqlıdır ki, o tərəfdən NATO da Azərbaycanı təhdid edir ki, müharibə və hərbi vasitədən istifadə etməyə haqqın yoxdur. Rusiya da qoymur, NATO da qoymur. Sonra da Azərbaycan deyir ki, biz müstəqil qərar çıxarırıq. Azərbaycanın yeganə çıxış yolu var. O da budur ki, özünə, dindarlara və bizim bu cümə namazında iştirak edən dindarlara etimad etməlidir" -deyə Seyid Həsən Amili söyləyib.

Ərdəbilin imam cüməsi sonda bildirib: Bu dindarlar ermənilərə yaxşıca qulaqburması verərlər ki, erməni bir daha Azərbaycan adını tutmaz. Lakin bu ola bilməz. Çünki dindarlara təzyiq göstərir. Dindarları İrana bağlı hesab edirlər. İranla bağlı olanların əli ilə Qarabağın azad olunmasını istəmirlər. Əbülfəz Elçibəy dedi ki, Qarabağı ikiəlli Ermənistana verməyə, lakin İranın əli ilə azad olunmasına hazır deyiləm 

  • Yazılıb
  • da (də) 2011 Jul 23