Bunu Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Fələstin dövlət başçısı Mahmud Abbasın da iştirakı ilə İstanbulda başlayan ''Fələstin səfirləri konfransı''nda deyib
well/Aran agentliyi
Bunu Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Fələstin dövlət başçısı Mahmud Abbasın da iştirakı ilə İstanbulda başlayan "Fələstin səfirləri konfransı"nda deyib.
"Türkiyə Fələstində uzlaşma hökumətinin qurulması üçün lazım olan hər şeyi edəcək. Qardaş qanının tökülməsinə artıq heç kim dözmür. Fələstinli qardaşlarımıza iqtisadi dəstək verməyə çalışırıq. Ürəyimin yarısı Məkkədədir, yarısı Mədinədə, onların da üstünü Qüds örtür".
SalamNews-un Türkiyə mediasından əldə etdiyi xəbərə görə, bunu Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Fələstin dövlət başçısı Mahmud Abbasın da iştirakı ilə İstanbulda başlayan "Fələstin səfirləri konfransı"nda deyib.
Konfransın açılışında danışan R.T.Ərdoğan keçən ilin mayında İstanbuldan Qəzzaya humanitar yardım apararkən beynəlxalq sularda, beynəlxalq hüquqa və insanlığa zidd şəkildə İsrailli əsgərləri tərəfindən qətl edilən, şəhid edilən 9 insanın tək-tək adlarını sayaraq həsrətlə yad edib və bir daha Allahdan rəhmət diləyib.
Baş nazir açıqlamasında bildirib ki, Fələstinlilər 60 ildən çoxdur dövlətlərinə qovuşa bilməmələri, insanlıq adına əsla qəbul edilən vəziyyət deyil. Aradan keçən müddətdə ara sıra sülh işığı yansa da, təəssüf ki, hər dəfə bu işığı qaraldan bir təxribat edilib. Ancaq artıq status-kvonun uzadılmayacağı aydındır: “Torpaqları, kəndləri və hətta ailələri bölən və Fələstində normal bir iqtisadi həyatın yaranmasını əngəlləyən məhdudiyyətlər sürətlə qaldırılmalıdır".
O vurğulayıb ki, İsrail-Fələstin məsələsinin iki dövlətli həll əsasında, paytaxtı Şərqi Qüds olan, müstəqil, suveren bir Fələstin dövlətinin qurulmasıyla həll olunmalıdır: "Bunun həlli üçün əlimizdən gələn hər şeyi edəcəyik. Fələstinli qardaşlarımız, həsrətini çəkdikləri dövlətlərinə qovuşmalıdırlar. Sülh prosesinin önündəki ən böyük maneə olan yəhudi məskunlaşma məsələsi tezliklə dayandırılmalıdır".
R.T.Ərdoğan sonda deyib: "Başda BMT və ABŞ olmaqla, beynəlxalq dairələr İsrailin təktərəfli, ərköyün hərəkətlərinə mükafat verməyə, bu insanlıq xarici hərəkətlərə gözlərini bağlamağa davam etsə, açıq söyləyirəm, bu cinayətin iştirakçısı kimi xatırlanacaqlar”.