Sionist qulluqçularının DEVAMM sədri Hacı İlqar İbrahimoğluna qarşı həqarət dolu yazıları Azərbaycan möminləri Hacı İlqarın müdafiəsinə ...
well/Aran agentliyi
Sionist qulluqçularının DEVAMM sədri Hacı İlqar İbrahimoğluna qarşı həqarət dolu yazıları Azərbaycan möminləri Hacı İlqarın müdafiəsinə və vəhdətin qorunmasını təkid etmələrinə sövq etdib.
Son zamanlar DEVAMM-ın Azərbaycan Respublikası prezidentinə imzatoplama kampaniyasını tənqid edən İslam-Azəri saytının baş redaktoru Hacı Ramin Bayramov "Huriyyət" qəzetinin veb səhifəsində "imza toplama" haqqında dərc edilmiş böhtandolu məqalə barəsində deyib : "Bilirsiz bir yazını oxuyanda o yazının müəllifi üzə çıxır. Yəni İmam Əli demişkən "kişi sözlərinin altında gizlənib". Yalan, böhtan və məntiqsiz bir yazıdır. Bu yazıda Mərcəi Təqlid Ayətullah Golpayqaninin adının hallanması lap rüsvayvericidi. Təsəvvür edin, bir mərcei təqlid müctehidi ondan dini titulca aşağı olan bir şəxsin köməkçisidir. Bu fikirə nə deyəsən? Allah hidayət etsin. Bu yazını nəinki bir şəxsə, bütün hicab müqavimətinə yazılan bir yazı kimi dəyərləndirirəm. Çox vaxt digərlərini İrana işləməkdə ittiham edənlər, özləri ya ABŞ, ya da ki, İsrailə işləyən olurlar."
Xeber44-ə müsahibə verən Hacı Ramin Bayramov imzatoplama ilə bağlı fikir ayrılığını da belə şrh edib : "90-cı illərin sonundan Azərbaycanda dini icmalar, ilahiyyatçılar arasında fikir ayrılıqları var. Hazırda da dini cameənin içində olanlar bunu çox gözəl bilirlər. Sadəcə bunu zahirdə etmirlər. Xüsusilə ilahiyyatçılar rəy bildirməkdə azaddırlar. İndi bunu ixtilaf və fitnə kimi qələmə vermək özü bir ixtilaf və fitnədir. "
Hacı Ramin Bayramov əlavə edib : "İstər bu kampaniyaya dəstək vermiş olsun, istər verməmiş olsun, hamısı qardaşlarımzdır. "
Hacı Ramin sonda "İnşəallah üzümüzə gələn Mübarək Ramazanı Allah bizlərə mübarək qərar versin. Hicab məhbuslarını azad etsin və hicab problemini həll etsin. Azərbaycanda 20 ildən çox olmayan İslami Vəhdəti bərpa etsin" deməklə müsəlman xalqın vəhdətinə təkid edib.